Azərbaycanlı alim beynəlxalq konfransda iştirak edib

 

“QƏSR” Mədəni İrsiTarixi Abidələri Qoruyaq İctimai Birliyinin İdarə Heyətinin üzvü, İCOM Azərbaycanın Milli Komitəsinin üzvü və İCOMAM Beynəlxalq Komitəsinin (hərb tarixi, hərbi muzeylər və silah kolleksiyaları üzrə) İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Dövlət Ermitajının və Heraldika Şurasının təşkilatçılığı ilə keçirilən hibrid konfransda rəsmi dəvət əsasında elmi məruzə ilə iştirak edib.

AZƏRTAC xəbər verir ki, builki konfrans Böyük Pyotr tərəfindən Heroldmeyster kontorunun yaradılmasının 300 illiyinə və Rusiya Federasiyasında heraldika xidmətinin bərpasının 30 illiyinə həsr olunub. Tədbirin açılışında Dövlət Ermitajının baş direktoru Mixail Piotrovskiy onlayn olaraq iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Sonra Rusiya Federasiyasının Dövlət Heroldmeysteri Georgiy Vilinbaxov konfrans iştirakçılarına Rusiya Federasiyasının Prezidenti Vladimir PutininXarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin yubiley konfransının iştirakçılarına təbrik məktublarını oxuyub.

Konfransda P.Gözəlovun  “1919-1922-ci illərin inqilab bayraqlarında İslam sovet simvolları” mövzusunda məruzəsi dinlənilib.  Məruzədən sonra P.Gözəlovi ştirakçıların çoxsaylı suallarını cavablandırıb. Daha sonra azərbaycanlı alim artilleriya, mühəndis rabitə qoşunları Hərbi-Tarix muzeyinin direktoru V.M.Krılovla görüşüb.

 

Azərbaycan.- 2022.- 3 mart.- S.6.