Azərbaycan Ukraynaya humanitar tibbi yardım göndərib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları tibbi avadanlıqlar göndərilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən AZƏRTAC-a bildiriblər ki, tibbi vasitələrin yükləndiyi təyyarə fevralın 27-də yola düşüb.

Tibbi vasitələrin yardımı ilə bağlı təhvil-təslim aktını Ukraynanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Vladislav Kanevski TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov imzalayıblar.

 

Azərbaycan.- 2022.- 1 mart.- S.2.