Müstəqil və qətiyyətli siyasət
İlham Əliyev dövlətimizin mənafeyini uğurla
təmin edir
Azərbaycanın mürəkkəb regionun lider dövlətinə, qlobal miqyasda söz sahibinə çevrilməsi respublikamızın mühüm siyasi nailiyyətlərindən biridir.
Bu yolda aşırımlardan inamla keçən, qarşıya çıxan maneələri uğurla dəf edən respublikamız öz siyasətinin prioritetlərini inamla reallaşdırır. 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın azad olunması respublikamızın öz milli maraq və mənafelərini qətiyyətlə təmin etdiyini bütün dünyaya nümayiş etdirmişdir.
Bəyannamə əlaqələri yeni
mərhələyə yüksəldir
Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı fevralın 22-də imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə Azərbaycanın yürütdüyü müstəqil siyasətin növbəti təcəssümüdür. 43 bənddən ibarət Bəyannamədə öz əksini tapan fikirlər bütün sahələrdə mövcud olan ikitərəfli və qarşılıqlı münasibətlərin bərabərhüquqlu şəkildə daha da inkişafını müəyyən edir, müttəfiqliklə bağlı yeni hədəfləri qarşıya qoyur.
Son illərdə
Azərbaycan-Rusiya münasibətlərində dinamik
yüksəliş baş verib.
Xüsusən iki ölkənin prezidentlərinin
siyasi iradəsi və birgə səyləri
bütün sahələrdə tərəfdaşlığın
genişlənməsi üçün
möhkəm zəmin yaradıb. Hazırda Azərbaycan-Rusiya
münasibətləri siyasi sferadan tutmuş iqtisadi, mədəni, humanitar
və hərbi sahələrə qədər geniş
spektri əhatə edir.
İndiyədək Azərbaycanla Rusiya
arasında müxtəlif sahələrə dair
200-dən artıq sənədin imzalanması da
əməkdaşlığın əhatəli və
çoxşaxəli olmasından xəbər verir.
Moskvada dövlət başçılarının danışıqları, mətbuata verilən bəyanatlar da bir daha göstərdi ki, Azərbaycanla Rusiya arasında qarşılıqlı siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün güclü siyasi iradə mövcuddur. İki dövlət arasında əmtəə dövriyyəsinin həcminin 3 milyard dolları ötməsi, Rusiyada hazırda 11 mindən artıq azərbaycanlı tələbənin təhsil alması, Azərbaycanda isə 340-a yaxın məktəbdə rus dilində tədrisin aparılması, 15 mindən çox tələbənin ali məktəblərdə rus dili bölmələrində oxuması əlaqələrin gözəl nümunələridir. Bəyannamə isə bu əlaqələri yeni mərhələyə yüksəldir.
Müttəfiqlik
münasibətləri daha da möhkəmlənəcək
Bu il Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 30 ili tamam olur. Bu dövrdə Azərbaycanla Rusiya arasında bir neçə ali siyasi sənəd imzalanıb. 1997-ci ildə dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə, 2008-ci ildə dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə, həmçinin 2018-ci ildə dövlət başçıları tərəfindən 1 birgə bəyanat imzalanıb. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə isə iki dövlət arasındakı münasibətlərdə yeni mərhələnin başlanması deməkdir.
Xatırladaq ki, bu sənəd üzərində bir ildən də artıq idi ki, iş aparılırdı və bu müddət ərzində tərəflər onun müddəalarını müzakirə edib razılaşıblar. Beləliklə, ötən həftə imzalanan bəyannamənin bütün bəndləri Azərbaycan dövlətinin milli maraq və mənafelərinə tam uyğundur.
Sənəddə bir çox məqamlar öz əksini tapıb. Lakin əsas diqqəti çəkən məqam ondan ibarətdir ki, hər iki ölkə bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət etmək, bir-birinin daxili işlərinə qarışmamaq barədə öhdəlik götürüblər. “Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb. Əlbəttə, biz diplomatik münasibətlər yaradılmasından bəri əlaqələri inkişaf etdiririk, lakin, əlbəttə, əvvəlki nəsillər tərəfindən qoyulmuş təməl olmasaydı, yəqin ki, biz bu uğurları qazana bilməzdik. Bu gün imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə bizim hüquq-müqavilə baza portfelində xüsusi sənəddir. Əminəm ki, bu sənəd ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və bu gündən etibarən müttəfiqlik münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycan hüquqi baxımdanəlavə
rıçaqlar qazanır
2020-ci ilin noyabrından sonra Azərbaycanın Vətən müharibəsindəki qələbəsi siyasi-diplomatik cəbhədə daha da möhkəmlənib. Respublikamızın regionda yaratdığı yeni reallıq beynəlxalq miqyasda birmənalı şəkildə qəbul edilib. Moskva Bəyannaməsi də Azərbaycanın bu istiqamətdə növbəti uğurudur. Belə ki, sənəddə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bütövlükdə, Rusiya ilə imzalanmış bəyannamə 10 noyabr Bəyanatındakı öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycana hüquqi baxımdan əlavə rıçaqlar verib.
Azərbaycan milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür. Bu siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib. Moskva Bəyannaməsi də bu siyasətin bariz təcəssümüdür.
R.CƏFƏRLİ
Azərbaycan.-
2022.-1 mart.- S.1; 3.