Ş.K.Seyidzadənin “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart
2022-ci il
Azərbaycan.- 2022.-4 mart.- S.2.