Azərbaycan Moldova prezidentləri telefonla danışıblar

 

Martın 3-də Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Telefon söhbəti zamanı regional məsələlər barədə fikir mübadiləsi aparılıb, həmçinin Azərbaycan ilə Moldova arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Azərbaycan.- 2022.- 4 mart.- S.2.