Rumıniya KİV-ləri Prezident İlham Əliyevin bu
ölkənin energetika naziri
ilə görüşündən yazıb
Rumıniyanın aparıcı xəbər agentliyi “MediaFax” və digər nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin və bu ölkənin energetika naziri Virgil-Daniel Popesku ilə görüşünü geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı yayılan materiallarda görüşdə Azərbaycanla Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb və bu baxımdan strateji tərəfdaşlığa dair imzalanmış birgə bəyannamənin önəmi qeyd olunub. Virgil-Daniel Popeskunun səfərinin ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə edilib.
Həmçinin diqqətə çatdırılıb ki, söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinə də toxunulub, bu münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.
Azərbaycan.- 2022.- 4 mart.- S.2.