Qafqazın ən fəal siyasi və
iqtisadi gücü
İlham Əliyevin yürütdüyü tam müstəqil siyasət Azərbaycanı
güvənli, etibarlı və istiqrarlı dövlətə
çevirib
Tarixi reallıqlar sübut edir ki, keçən il müstəqilliyinin bərpasının 30 illiyini qeyd edən Azərbaycan bu qısa müddətdə həm qüdrətli, həm də dünya miqyasında etibarlı tərəfdaş dövlətə çevrilib. Bunun yeganə səbəbi isə əlbəttə ki, ölkə lideri İlham Əliyevin yürütdüyü siyasətdir. Ölkəyə rəhbərlik etdiyi 19 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, Azərbaycan mövcudluğu tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb.
Bu gün Azərbaycan siyasi-iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər xarici borc, istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından dünyada iqtisadi sahədə ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Artıq dövlətimizin yürütdüyü siyasət hər kəsə bəllidir - tam müstəqil siyasət.
Enerji təchizatçısı, transmilli
layihələrin iştirakçısı
Dünyanın bütün ölkələrinin təsnifatını versək, onların heç də hamısının bu və ya digər məsələlərin həllində müstəqil olmadığını görə bilərik. Elə ölkələr var ki, üçüncü bir ölkənin və yaxud güc mərkəzinin təsiri altındadır və onların verdikləri tapşırıqları yerinə yetirirlər. Yəni güc amili əsas faktordur.
Müstəqil siyasət yürüdən, heç kimdən asılı olmayan Azərbaycan isə hədəflərini özü müəyyənləşdirir və onları reallaşdırmaq istiqamətində qətiyyətli addımlar atır. Azərbaycan inkişaf etmiş dövlətlərin sırasına çatmağı özünün strateji vəzifəsi kimi müəyyən edib.
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar Azərbaycanın həm də beynəlxalq siyasi, iqtisadi-ticari münasibətlərinin daha da şaxələnməsi üçün real zəmin yaradıb.
Ümumiyyətlə, Azərbaycan qonşu olan və olmayan digər dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı əlaqələrin genişləndirilməsinə daim böyük önəm verib. İlham Əliyev tərəfindən milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun məqsədyönlü şəkildə həyata keçirilməsi bu əlaqələrin düzgün qurulmasına imkan yaradıb.
Hazırda Azərbaycan regionda əsas enerji təchizatçısıdır. Asiya və
Avropa arasında körpü rolunu oynayan Azərbaycan bir sıra regional nəqliyyat layihələrinin
təşəbbüskarı və icraçısıdır.
Ölkəmiz Şərq-Qərb
və Şimal-Cənub
nəqliyyat dəhlizləri
layihələrinin fəal
iştirakçısı olaraq
hazırda digər mühüm layihələr
- Cənub-Qərb və
Şimal-Qərb layihələri
üzərində iş
aparır. Bununla da Azərbaycan
etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq
əməkdaşlığa dəyərli töhfə
verir.
Ölkəmizin daha da qüdrətlənməsi,
beynəlxalq nüfuzunun
artması, dünyanın
yeni çağırışlarına
cavab verən mütərəqqi islahatların
həyata keçirilməsi
yolunda qətiyyətli
addımlar atan İlham Əliyevin yürütdüyü uğurlu
siyasət beynəlxalq
aləmdə dəstək
və rəğbət
qazanır. Çünki Azərbaycan Prezidenti
eyni zamanda qlobal səviyyədə də mübarizədə
beynəlxalq həmrəyliyin
gücləndirilməsi məqsədilə
əməli addımlar
atır. Bu, beynəlxalq təşkilatlar
tərəfindən təqdir
edilir. İlham Əliyev beynəlxalq
əməkdaşlığın inkişafına mühüm
töhfə verməklə
Azərbaycanın dünya
birliyində nüfuzu,
dövlətlərarası münasibətlərdə çəkisi
artıb. Prezidentin həyata
keçirdiyi xarici siyasətin taktiki və strateji özəllikləri Azərbaycana
böyük uğurlar
qazandırıb. Bütün bunlar
isə göstərir
ki, Azərbaycan regionda ən mükəmməl xarici siyasət kursuna malik müstəqil dövlətdir. İlham Əliyevin
xarici siyasət təşəbbüsləri regional və qlobal reallıqları zərgər
dəqiqliyi ilə nəzərə alır.
Bu fikrin doğruluğunu
İkinci Qarabağ müharibəsinin nəticələri
də təsdiqlədi.
Azərbaycanın inkişaf
yolu başqa ölkələr üçün
işıq yoludur
Azərbaycanı nəinki
Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi
kimi tanınan dövlətə çevirən
İlham Əliyevin yürütdüyü siyasət
dövlət başçısının
xalqın, dövlətin
gələcək inkişafı
ilə bağlı aydın baxışlara malik olduğunu göstərir.
İlham Əliyev prezidentlik fəaliyyətinin qürurverici
hesabatını söyləyərkən
bir məqamı çox doğru olaraq vurğulayır ki, Azərbaycanın inkişaf yolu başqa ölkələr
üçün işıq
yoludur. Bunu şərtləndirən digər amil isə iqtisadi müstəqillikdir. Son 19 ildə ölkəmizdəki
iqtisadi müstəqilliyin
yaratdığı reallıq
tam müstəqil siyasətin
yürüdülməsini şərtləndirib.
Əgər bu, baş verməsəydi, indi Azərbaycan da bəzi ölkələr kimi forposta çevrilmişdi.
Çünki iqtisadi cəhətdən
asılı vəziyyətdə
olan ölkələr
müstəqil siyasət
apara bilmirlər, yaxud da ki,
aparmaqda çətinlik
çəkirlər.
İlham Əliyevin düşünülmüş
inkişaf konsepsiyasi ilə Azərbaycan tam müstəqil siyasət aparır, bütün məsələlərlə bağlı
öz mövqeyini çəkinmədən ifadə
edir. Bu da Azərbaycanın
siyasi və iqtisasdi çəkisini getdikcə artırır.
Cənubi Qafqazda həm
siyasi, həm iqtisadi güc mərkəzi, həm də güclü orduya sahib qüdrətli ölkə kimi Azərbaycan dünyada etibarlı tərəfdaş
kimi əksər dövlətlərlə hərtərəfli
əməkdaşlıq edir.
Bu gün
Azərbaycan həm də dünyanın əsas enerji ixracatçılarından biridir. Avrasiyanın nəqliyyat mərkəzlərindən
birinə çevrilən
ölkəmiz həm də Şimaldan Cənuba və Şərqdən Qərbə
yüklərin daşınmasında
mühüm nəqliyyat
qovşağı kimi
tanınır.
Tezliklə açılıb istifadəyə
veriləcək Zəngəzur
dəhlizi isə Azərabaycan iqtisadiyyatına
əlavə dividentlər
gətirəcək. Bu dəhlizlə türk dünyasını birləşdirəcək
ölkəmiz Asiyadan Avropaya daşınan yüklərin ən səmərəli, etibarlı
tranzit mərkəzinə
çevriləcək. Artıq dəhlizin hava məkanından istifadə
edilir. İndi əsas diqqət
quru - yəni avtomobil və dəmir yollarının çəkilməsinə yönəlib.
Azərbaycan bu prosesdə
üzərinə düşən
öhdəliyi sürətlə
həyata keçirir.
Dünən Ermənistanın baş naziri Nikol Paşinyan Arazdəyən-Sədərək-Culfa-Ordubad-Meğri-Horadiz
dəmir yolunun (Zəngəzur dəhlizi) Ermənistan hissəsində
çöl işlərinə
başlandığını açıqlayıb. O, bu
işlərə paralel
olaraq 2021-ci ildə Soçi və Brüsseldə keçirilən
üçtərəfli görüşlərdə
əldə edilmiş
razılaşmaların de-yure
sabitləşəcəyinə ümid etdiyini bildirib. N.Paşinyan onu da bildirib ki, Ermənistan
avtomobil yolları üçün mümkün
marşrutlar, o cümlədən
yeni yolların tikintisi üzərində
işləyir. Bu gün Cənubi Qafqaz Dəmir Yolunun mütəxəssisləri
və nümayəndələrindən
ibarət işçi
qrupu dəmir yolunun 43 kilometrlik hissəsində qiymətləndirmə
işləri aparmaq üçün Meğriyə
yola düşəcək.
Göründüyü kimi, Azərbaycan regionda sabitləşdirici
aktor kimi fəaliyyət göstərməklə
bölgədə və
beynəlxalq səviyyədə
əməkdaşlığa, təhlükəsizliyə mühüm
töhfələr verir. Buna görə də ölkəmiz hazırda
regional güc mərkəzi
kimi sülhün və təhlükəsizliyin
təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş
hesab edilir. Azərbaycan konstruktiv, beynəlxalq hüququn norma və
prinsiplərinə əsaslanan,
regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan
halda Azərbaycanla qarşılıqlı faydalı
əməkdaşlığa əsaslanan tərəfdaşlıq
münasibətləri beynəlxalq
münasibətlər sisteminin
aktorları olan milli dövlətlər üçün strateji əhəmiyyət daşıyır.
Təsadüfi deyil ki, bu gün dünyanın
aparıcı dövlətləri
və təşkilatları
Azərbaycanı Cənubi
Qafqazın təhlükəsizlik
qarantı adlandırırlar.
Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə
malik olduğunu bəyan edirlər.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2022.- 4 mart.- S. 1; 3.