Viran qalmış yurd yeri
- Ağdamın Şıxbabalı kəndindən
görüntülər
Ermənilərin Azərbaycan ərazilərinin işğal altında saxladıqları dövrdə dağıdaraq yer üzündən sildikləri yaşayış məntəqələrindən biri də Ağdam rayonunun Şıxbabalı kəndidir.
AZƏRTAC-ın bölgə müxbiri Şıxbabalı kəndinə gedərək erməni vandalizmini lentə alıb. Şıxbabalı kəndi Ağdam şəhərindən 4 kilometr cənubda, Ağdam-Füzuli avtomobil yolunun kənarında – dağ ətəyindədir. İşğaldan əvvəl Şıxbabalı kəndində üzümçülük, taxılçılıq, baramaçılıq inkişaf etmişdi. Kənddə orta məktəb, kitabxana, uşaq bağçası, tibb məntəqəsi, klub, şərab zavodu, XIX əsrə aid məscid və XX əsrin əvvəllərində inşa edilmiş hamam var idi. İndi isə burada yalnız bir mənzərənin şahidi olmaq mümkündür - erməni vəhşiliyinin. Talan edilmiş, dağıdılmış, yandırılmış binalar dünyanın heç bir yerində, heç bir müharibəsində görünməmiş vəhşiliyin göstəricisidir. Vaxtilə kənddə mövcud olmuş yaşayış evləri, sosial binalardan əsər-əlamət qalmayıb.
Ağdam
rayonunun Şıxbabalı kəndinin
görüntülərini təqdim edirik.
Azərbaycan.-
2022.- 4 mart.- S.7.