Xalqın
siyasi etimad ünvanı
Azərbaycanın ən
böyük siyasi təşkilatı olan Yeni Azərbaycan
Partiyasının qurultayları həmişə
respublikamızın həyatına mühüm hadisə kimi həkk
olunub.
Bu da ondan irəli gəlir ki, Ulu
Öndər Heydər Əliyevin yaratdığı və bu
il təsis edilməsinin 30 ili tamam olan YAP hər zaman xalqın
etimadını doğruldub. Bu gün də YAP siyasi proseslərin
önündədir və öz fəaliyyəti ilə
dövlətimizin həyata keçirdiyi bütün proseslərə
layiqli töhfələr verir.
Təbii ki, YAP-ın 30 ilə
yaxındır ki, respublikamızın aparıcı siyasi
qüvvəsi kimi fəaliyyət göstərməsinin təməlində,
ilk növbədə lider amili dayanır. Bu mənada YAP-
ın bütün uğurlarını Ulu Öndər Heydər
Əliyevin siyasi irsində, Prezident İlham Əliyevin məqsədyönlü
siyasətində axtarmaq lazımdır. Təsadüfi deyil ki,
güclü liderləri sayəsində, həmçinin
mükəmməl proqramı, təkmil siyasi platforması, qətiyyətli
mövqeyi ilə YAP bu gün sıralarında 760 mindən
çox insanı birləşdirən ümumxalq siyasi təşkilatıdır.
Bu gün isə YAP-ın VII
Qurultayının keçirilməsindən bir il ötür.
2021-ci il mart ayının 5-də keçirilən VII qurultay
yeni vəzifələrin müəyyən edilməsi və
partiya fəaliyyətində mühüm qərarların qəbulu
ilə əlamətdar oldu. Qurultay bir daha təsdiq etdi ki, YAP
Azərbaycan xalqının alternativsiz siyasi etimad
ünvanıdır.
Siyasi partiyaların
qurultaylarının keçirilməsi müəyyən zərurətlərdən
irəli gəlir. YAP-ın VII Qurultayının keçirilməsi
üçün kifayət qədər güclü əsaslar
mövcud idi. Təsadüfi deyil ki, cənab Prezident qurultayda
nitqinə məhz bununla başlamışdı. Dövlət
başçısının qeyd etdiyi kimi, VI qurultaydan ötən
üç il ərzində ölkə həyatında bir
çox önəmli hadisələr baş vermişdi. Bu
dövrdə Prezident İlham Əliyevin hələ 2018-ci ilin
aprel seçkisindən sonra elan etdiyi yeni islahatlar uğurla
reallaşdırılmış, cəmiyyət həyatında
olduqca mühüm keyfiyyət dəyişiklikləri baş
vermişdi. Bütün bunlardan irəli gələrək Azərbaycanın
daha da qüdrətli ölkəyə çevrilməsi istiqamətində
atılan addımların uğurlu nəticələri göz
önündədir. İdarəetmədə, məhkəmə-hüquq
sistemində, iqtisadi və sosial sferada həyata keçirilən
islahatlar cəmiyyətimizdə yeni əhvali-ruhiyyə
yaratdı.
Həmin dövrün ən
böyük hadisəsi isə əlbəttə ki, İkinci
Qarabağ müharibəsində qazanılan möhtəşəm
və tarixi qələbədir. İlham Əliyevin rəhbərliyi
ilə tarixinin ən qüdrətli dövrünü yaşayan
Azərbaycan öz gücü ilə torpaqlarını
işğaldan azad etdi. Bu zəfərlə tariximizin şərəf
salnaməsi yazıldı. “Partiyamızın VI qurultayından
üç il ötür. Bu illər ölkəmiz
üçün, bölgəmiz üçün həlledici
illər olmuşdur. Üç il ərzində ölkə həyatında
bir çox önəmli hadisələr baş vermişdir. Təbii
ki, onların arasında ən önəmlisi ərazi
bütövlüyümüzün bərpa edilməsi, Vətən
müharibəsində parlaq qələbənin
qazanılmasıdır. Azərbaycan öz ərazi
bütövlüyünü bərpa etdi, tarixi ədaləti
bərpa etdi, işğalçıları əzəli
torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət
bərpa olundu. Bizim şanlı qələbəmiz qürur mənbəyimizdir”,
- deyə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab
İlham Əliyev qurultaydakı nitqində bildirmişdi.
YAP-ın VII Qurultayı cəmiyyətimizdə
baş verən yeniliklər, islahatlar, pozitiv dəyişikliklər
fonunda keçirildi. Bütün bunlar, həm Vətən
müharibəsindəki qələbə, həm də mütərəqqi
islahatlar respublikamızın aparıcı və hakim siyasi
partiyası, xalq etimadının əvəzsiz ünvanı
olan YAP-ın uğurlarıdır. Bu uğurların hər
biri YAP-ın prinsiplərində, məram və nizamnaməsində
yer alan məsələlərin, məqsəd və vəzifələrin
həyata vəsiqə alması deməkdir.
YAP-ın VII Qurultayında qəbul
edilən qərarlar isə əvvəldə qeyd etdiyim pozitiv
yeniliklərə, xüsusən idarəçilikdə həyata
keçirilən islahatlara adekvat idi. Bu qərarlar həm də
onu göstərdi ki, YAP köklü, sarsılmaz təməllərə
malik siyasi təşkilat olmaqla yanaşı, müasir
çağırışları da diqqətdən kənarda
qoymur, zamanın nəbzini tutmağı bacarır. Bu
baxımdan yeni idarə heyətinin formalaşdırılması,
struktur dəyişiklikləri, YAP fəallarının irəli
çəkilməsi partiya fəaliyyətində keyfiyyətcə
yeni mərhələnin əsasını qoydu.
Ötən bir ilin mənzərəsi
göstərir ki, VII qurultay partiya fəaliyyətini yeni keyfiyyət
mərhələsinə yüksəldib. Bu baxımdan yeni idarəçilik
mexanizminin yaradılmasını qeyd etmək yerinə
düşər. Yeni tərkibdə formalaşdırılan
İdarə Heyəti partiyanın idarəçiliyinin daha da
təkmilləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Bununla yanaşı, yeni nizamnamənin qəbulu da daha
çevik partiya fəaliyyətinin həyata keçirilməsinə
yol açıb.
Görünən odur ki, 30 il
öncə xalqın siyasi sifarişi olaraq təsis edilən,
bundan cəmi bir neçə ay sonra hakim partiyaya çevrilən,
xalqın bütün sosial zümrələrini özündə
birləşdirən YAP
xalqın və dövlətin milli maraqlarına xidmət
edən fəaliyyətini uğurla həyata keçirməkdədir.
Müşfiq
MƏMMƏDLİ,
Milli Məclisin
deputatı
Azərbaycan.-
2022.- 5 mart.- S.3.