Tarixin ən qüdrətli Azərbaycanının siyasi istinadgahı

 

YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyası, ölkə daxilində ictimai-siyasi münasibətlərin inkişafında,  Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir.

Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyimizin tarixi yaddaşıdır. Ulu Öndər siyasi hakimiyyətinin Naxçıvan mərhələsində milli mənlik, milli kimlik tariximizdə atdığı cəsarətli üç addım, üç müqəddəslik hər bir azərbaycanlı üçün qiymətlidir: Azərbaycan Bayrağının dövlət rəmzi olaraq Naxçıvan Ali Məclisində qaldırılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi və Yeni Azərbaycan Partiyasının yaradılması.

Xalqımızın birliyinə, bütövlüyünə hesablanan bu müdrik qərarlar çoxmillətli məmləkətimizi məhz bir bayraq altında - Yeni Azərbaycan Partiyasının ətrafında birləşdirdi. Bu gün 800 minə yaxın vətəndaşımızın Yeni Azərbaycan Partiyası ətrafında Azərbaycan naminə əqidə, məslək birliyinə tapınması, siyasi həmrəyliyə gəlməsi, dünyaya səpələnən 60 milyona yaxın soydaşımızın Azərbaycanı doğma diyarı, ana Vətəni kimi sevməsi məhz həmin müqəddəs amalla bağlıdır.

1990-cı illərin əvvəllərində gənc, müstəqil Azərbaycanda AXC-Müsavat cütlüyünün səriştəsiz iqtidarı dövründə xalqın həyata, sabaha inamı yox idi, xaos, böhran hökm sürürdü. Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Bizi o çətin zamandan illər ayırır. Xalqın çağırışı ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyevin dövlətçilik təcrübəsi Azərbaycanı bu xaosdan xilas etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən konfransda Yeni Azərbaycan Partiyası təsis edildiUlu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi.

Ümummilli LiderinGüman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiyasiyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur” - sözləri Azərbaycan xalqı üçün ümid yeri oldu. Sirr deyil ki, yarandığı gündən YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclüsosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olubpartiya 30 ilə yaxın müddətdə öz məqsədlərinə uyğun fəaliyyət göstərir.

1993-cü il oktyabrın 3-də YAP-ın Sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. YAP-ın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, partiya kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ilin noyabrın 12-də keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan ona olan ümumxalq inamı bir daha artmışdır. Sonrakı dövrlərdə də keçirilən bütün seçkilərin şəriksiz qalibi məhz YAP və onun təmsilçiləri olublar.

Hər bir qurultayı ölkəmizin ictimai-siyasi həyatında böyük hadisə kimi yaddaqalan Yeni Azərbaycan Partiyasının 2021-ci il mart ayının 5-də baş tutan son qurultayı cəmiyyətimizdəki yeniliklər, bütün sahələrdə həyata keçirilən islahatlar fonunda reallaşdı. Yeni Azərbaycan Partiyasının VII Qurultayında möhtərəm Sədrimiz İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində qələbimizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Eyni zamanda qarşıya yeni vəzifələr qoydu, partiya daxilində çox ciddi islahatlar baş verdi, gənclərə yüksək etimad göstərildi. Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir.

Qurultayda digər çox vacib məqam Birinci vitse-prezident Mehriban xanım Əliyevanın YAP-da Sədrin birinci müavin seçilməsidir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunungücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından mühüm əhəmiyyətə malik oldu. Mehriban xanım Əliyeva ötən müddət ərzində milli maraqları daim üstün tutaraq xalqa və dövlətə ləyaqətlə xidmət edib, vətəndaş məmnunluğunun artmasına, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən mühüm təşəbbüslərlə çıxış edib, xüsusilə də sosial məsələlərin həllinə yüksək diqqət göstərib. Ona görə də Mehriban xanım Əliyevanın birinci müavin təyin edilməsi yeni mərhələdə YAP-ın inkişafına təkan verərək partiyamızın və ölkəmizin yeni nailiyyətlər əldə etməsində mühüm əhəmiyyətə malik oldu. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində görülən işlərin, atılan uğurlu addımların nəticələri yalnız Azərbaycanın deyil, eyni zamanda Yeni Azərbaycan Partiyasının həyatında da özünü aydın şəkildə göstərir.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun “Azərbaycan” qəzetinə müsahibəsindəki bu fikirləri 800 minə yaxın siyasi həmfikrimizin ortaq rəyidir:  “Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı nailiyyətlərə imza atan Yeni Azərbaycan Partiyası yeni mərhələdə - bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə, şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcəkdir. Çünki YAP, Ümummilli Liderimizin dediyi kimi, dünənin, bu günün və sabahın partiyasıdır. Dünən Azərbaycan xalqının, dövlətinin ictimai-siyasi məsuliyyətini öz üzərinə götürən Ümummilli Liderin ətrafında yaranmış, bu gün qalib xalqın lideri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP sabah da taleyüklü məsələlərin həllində və tarixi məsuliyyət anlarında öz sözünü deyəcək - ümumxalq partiyası olduğunu hər zaman təsdiqləyəcək!”

Yeni Azərbaycan Partiyası yeniliklərə, təkmilləşməyə açıq partiyadır. Yeni Azərbaycan Partiyası yeni nəfəs, yeni sima ilə gələcəyə doğru irəliləyir. Bu əminliyə əsas verən 30 illik yolbu yolun uğurlarına söykənərək müəyyənləşdirilən hədəflərdir. Bu şanlı qələbəni bizə bəxş edən isə partiyamızın lideri cənab İlham Əliyevdir. Məhz buna görə bütün Azərbaycan vətəndaşları kimi, partiyamızın üzvləri də böyük fəxrlə deyir: “Qalib ölkənin qələbələr partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!”

 

Aygül BAĞIROVA

YAP Gənclər Birliyinin fəalı

 

Azərbaycan.- 2022.- 5 mart.- S.3.