Sağlam düşüncə ilə “Əngəlsiz gülümsə”yənlər

 

...Onlar ictimaiyyətdə qabiliyyətləri, istedadları və yüksək bacarıqlı olmaları ilə də tanınırlar. Ona görə də fiziki məhdudiyyətli olmaları barədə ciddi problem yaşamırlar. Axı həm də bu insanlar dövlətin və cəmiyyətin diqqət və qayğısından kənarda qalmırlar.

Belə istedadlılardan biriAbdullayev Abdulbağı Səlamət oğludur. 1987-ci ildə Masallı rayonunun Gəyəçöl kəndində dünyaya göz açıb. Orta təhsillidir.  Sonradan aldığı travmadan hərəkət məhdudiyyətlidir.

Atalar deyib: “Bir yandan kəsən Allah, digər yandan verir”. Abdulbağının da sonradan aldığı zədə onun sanki istedadlı olmasını üzə çıxarması üçün bir vəsiləyə çevirib. Ağac üzərində oyma sənəti onu daha geniş arenaya çıxararaq tanıdıb. 2018-ci ildə əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzinə gələn bu gənc hazırladığı əl işlərində tarixi mövzulara daha çox yer ayırır. Özgə birisinin əlində adicə ağac, taxta parçası olan materiala “can verir”. Buna görə ağac onun əlinin sığalı ilə sənət əsərinin nümunəsinə çevrilir.

Ağac üzərində saldığı naxışlar özünəməxsusluğu ilə seçilir. Respublikada keçirilən  sərgilərdə müxtəlif mövzulu əl işləri ilə iştirak edir yüksək zövqlü olduğunu təsdiqləyir.

Abdulbağının istedadı yalnız incəsənət sahəsində deyil. O, həmçinin idmanı da sevir özünün qabiliyyətini sınamaqdan çəkinmir. Milli paralimpiya idman növlərindən olan əlil arabasında qılıncoynatma idman növü üzrə məşqlər edən bu gənc dəfələrlə respublikada ölkəmizdən kənarda keçirilən yarışların iştirakçısı qalibi sayılıb. Azərbaycanda keçirilən çempionatda əlil arabasında qılıncoynatma növü üzrə birinci yerin qalibi olmuş Abdulbağı taleyinə yazılanlarla barışıb, cəmiyyətə inteqrasiya üçün bütün gücünü səfərbər edir.

Sağlamlığın qədrini bilməyi hər kəsə tövsiyə edənlər həyata daha çox bağlı olur onun  üçün mübarizədən yorulmurlar. Belə gənclərdən biri Nübar, o birisi isə  bacısı Leyladır. Nübar 1995-ci, Leyla isə 1997-ci ildə Bakıda dünyaya göz açıb. 136 nömrəli tam orta məktəbi 2-ci sinfə qədər oxuya bilən hərəkət məhdudiyyətli bacıların uşaqlıqdan toxuculuğa həvəsləri olub. 2016-cı ildən əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində bu sənətin sirlərinə daha yaxından bələd olublar. Hər ikisi saplarla müxtəlif növ oyuncaq suvenirlər hazırlamağı bacarır.

2019-cu ildə Əmək Əhalinin Sosial müdafiəsi NazirliyininSağlam düşüncəGənclər Təşkilatı İctimai Birliyinin Avropa İttifaqının “ERASMUS” proqramı çərçivəsində azərbaycanlı türk əlilliyi olan gənclərin birgə mübadilə proqramının keçirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Bacılar həmin müqaviləyə əsasən, “Əngəlsiz gülümsəlayihəsi ilə Türkiyənin Ankara şəhərindəEngelli Kültür Egitimvakfında iki aylıq təcrübə mübadiləsi keçiblər. Hər ikisi Avropa könüllüsü olan istedadlı bacılar keçirilən sərgilərdə öz bacarıqlarını, sənət əsəri sayılan əl işlərini sevə-sevə nümayiş etdirirlər.

 

M.NƏRİMANOĞLU

 

Azərbaycan.- 2022.- 5 mart.- S.6.