“YAŞAT” Fondunun şəhid
övladlarının yüksəksəviyyəli təhsil
imkanlarından yararlanmalarına dəstəyi davam
edir
Əməkdaşlıq çərçivəsində hazırda 6 şəhid övladı XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində təhsilini davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə “YAŞAT” Fondu tərəfindən təhsil istiqaməti üzrə 132 şəhid ailə üzvünün 167 müraciəti, 27 əlilliyi müəyyən olunmuş şəxsin 32 müraciəti təmin edilib.
Fonda
müraciət üsulları və ətraflı məlumat üçün Çağrı Mərkəzi:
8110.
Azərbaycan.-
2022.- 5 mart.- S.7.