Mərdəkan Reabilitasiya Pansionatına mediatur təşkil edilib

 

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Agentliyinin Mərdəkan Reabilitasiya Pansionatında əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə göstərilən reabilitasiya xidmətləri ilə media nümayəndələrinin tanışlığı üçün mediatur təşkil edilib.

AZƏRTAC xəbər verir ki, mediatur zamanı ötən il agentliyin reabilitasiya müəssisələrində 9325 nəfərə reabilitasiya xidmətlərinin göstərildiyi diqqətə çatdırılıb. Bildirilib ki, əlilliyi olan şəxslərə əvvəlki ilə nisbətən 37 faiz çox olmaqla 48 min reabilitasiya vasitəsi verilib. 8716 şəxs reabilitasiya vasitələri ilə təmin olunub ki, onlardan 1200 nəfəri ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. 2022-ci ilin ötən dövründə isə əlilliyi olan 2050 şəxsə 8800 reabilitasiya vasitəsi verilib, 3812 nəfərə isə reabilitasiya xidmətləri göstərilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından müharibə əlillərinin yüksək texnologiyalı protezlərlə təminatına başlanılıb. Ötən dövrdə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 44 günlük Vətən müharibəsinin 188 qazisi 196 ədəd, I Qarabağ müharibəsi əlilləri Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əlilliyi müəyyən olunmuş hərbçilərdən ibarət 75 qazi 80 ədəd yüksək texnologiyalı protezlə təmin olunub.

Bildirilib ki, Mərdəkan Reabilitasiya Pansionatı 2019-cu ilin dekabrında əsaslı təmirdən sonra istifadəyə verilib. Pansionatda laboratoriya, ultrasəs, elektrokardioqrafiya müayinələri, effektiv təsirə malik fizioterapevtik müalicə prosedurları tətbiq edilir, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmət həyata keçirilir. Müəssisədə terapevt, nevropatoloq, kardioloq, endokrinoloq, epidemioloq d. ibarət həkim personalı çalışır. Reabilitasiya sahəsində müasir metodika texnologiyalardan istifadə olunmaqla qabaqcıl təcrübələrin öyrənilməsi əsasında müalicə metodları tətbiq edilir.

Mərdəkan Reabilitasiya  Pansionatının direktoru Səidə Babazadə  deyib: “Pansionatda aparılan əsaslı təmirdən sonra bərpa prosedurları üçün hər cür şəraiti yaradılıb. 150 çarpayılıq müəssisədə fizioterapiya, müalicəvi bədən tərbiyəsi, əmək terapiyası psixososial reabilitasiya xidmətləri göstərilir. İl ərzində 3 minə qədər əlilliyi olan şəxs burada müalicə olunur onların  hər birinə qoyulan diaqnoza əlillik dərəcəsinə görə  həkim təyinatı əsasında 14 gün ərzində prosedurlar aparılır. Hazırda müəssisədə müxtəlif əlillik dərəcəsi olan 69 nəfər, o cümlədən birinci Qarabağ müharibəsi   Vətən müharibəsi əlilləri öz müalicəsini davam etdirir”.

Media nümayəndələri Pansionatda yaradılan şəraitlə göstərilən reabilitasiya xidmətləri, burada tətbiq olunan fizioterapevtik prosedurlarla tanış olublar.

 

Azərbaycan.- 2022.- 5 mart.- S.7.