Türkiyənin iki naziri
Ankaradakı Heydər Əliyev adına orta
məktəbdə olublar
Türkiyədə “zəlzələ
üzrə maarifləndirmə həftəsi” çərçivəsində
tədbirlər davam edir.
Martın 1-də start verilən təlimlər ümumilikdə yeddi gün keçiriləcək.
Daxili işlər naziri Süleyman Soylu və milli təhsil naziri Mahmut Özer “zəlzələ həftəsi” çərçivəsində Ankaradakı Heydər Əliyev adına orta məktəbdə olub, buradakı təlimləri izləyiblər.
Qeyd edək ki, “zəlzələ üzrə maarifləndirmə həftəsi”nin məqsədi ölkədə, eləcə də təhsil müəssisələrində zəlzələ zamanı davranış qaydalarını izah etmək, təhlükələrdən qorunmaq, riskləri azaltmaq üçün işlər aparmaqdır.
Nazir Süleyman Soylu bildirib ki, 2019-cu ildən başlayaraq üç il ərzində bu çərçivədə
ümumilikdə 56 milyon nəfər
maarifləndirmə təlimlərinə cəlb olunub.
Azərbaycan.-
2022.-6 mart.- S.2.