V Beynəlxalq Etnoidman Forumunun yüksək səviyyədə təşkilinə görə Can Azərbaycana təşəkkür edirəm

 

V Beynəlxalq Etnoidman Forumunun yüksək səviyyədə təşkilinə görə Can Azərbaycana təşəkkür edirəm.AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən V Beynəlxalq Etnoidman Forumunda iştirak edən Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu jurnalistlərə müsahibəsində deyib.

Türkiyəli nazir bildirib ki, Dünya Etnoidman Konfederasiya yarandığı gündən xalqları bir araya gətirən ənənəvi idman növlərini inkişaf etdirməklə gücünü ortaya qoyan və populyarlığını artıran beynəlxalq qurumdur. “Türkiyə bu sahədə bir sıra önəmli layihələr gerçəkləşdirib. Federasiyalar ilə Gənclər və İdman Nazirliyi arasında əməkdaşlıq maksimum dərəcədə inkişaf etdirilib. Bu çərçivədə Türkiyə həm lisenziyalı idmançı sayında, həm də idman komplekslərinin tikintisində yüz faizdən artıq irəliləyiş əldə edib. Bu gün Bakıda keçirilən Beynəlxalq Etnoidman Forumuna gələn il yenidən Türkiyə ev sahibliyi edəcək. Bu forumun bütün iştirakçılar və idman ictimaiyyəti üçün xeyirli olmasını diləyirəm”, - deyə qeyd edib.

 

Azərbaycan.- 2022.- 6 mart.- S.4.