Azərbaycan Macarıstanda keçirilən Dünya Hun-Türk qurultaylarında fəal iştirak edir

 

Azərbaycan ilə fəal əməkdaşlıq edirik. Macarıstanda hər iki ildən bir Dünya Hun-Türk qurultayları təşkil olunur. Azərbaycan bu qurultaylarda böyük nümayəndə heyəti ilə yüksək səviyyədə iştirak edir.

Bu sözləri Bakıda keçirilən V Beynəlxalq Etnoidman Forumunda iştirak edən Macar Turan Fondunun prezidenti Biro Andras Zslot AZƏRTAC-a müsahibəsində deyib.

“Macarıstanda ənənəvi idman növləri bu günədək qorunur. Bundan əlavə, ölkəmizdə türk xalqları ilə bir çox ortaq ənənəvi idman növləri mövcuddur. Biz uzun illərdir Dünya Etnoidman Konfederasiyası ilə birlikdə çalışırıq. Macarıstanda keçirilən tədbirlərimizə Konfederasiyanı müntəzəm dəvət edirik”, - deyə qonaq bildirib.

Xatırladaq ki, martın 5-də Bakıda işə başlayan “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında V Beynəlxalq Etnoidman Forumunda 14 ölkədən 140-dək nümayəndə iştirak edir.

 

Azərbaycan.- 2022.- 6 mart.- S.4.