Beynəlxalq Etnoidman Forumu ənənəvi idman növlərinin inkişafı və təbliği baxımından çox önəmlidir

 

Bakıda keçirilən Beynəlxalq Etnoidman Forumu ənənəvi idman növlərinin inkişafı və təbliği baxımından çox önəmlidir. Bu forum milli adət-ənənələrin, millətlər arasında qarşılıqlı hörmətin ənənəvi idman vasitəsi ilə qorunmasında çox böyük rol oynayır.

Bu sözləri Bakıda keçirilən V Beynəlxalq Etnoidman Forumunun iştirakçısı, Beynəlxalq İdman Təhlükəsizliyi Mərkəzinin (ICSS) baş icraçı direktoru Massimiliano Montanari AZƏRTAC-a açıqlamasında deyib.

“Ənənəvi idman saflığın ifadəsi, mədəni irsin qorunması deməkdir. Biz bu irsin qorunmasına hər zaman dəstək göstərməyə hazırıq”, - deyə M.Montanari bildirib.

“Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında keçirilən V Beynəlxalq Etnoidman Forumunda 14 ölkədən 140-dək nümayəndə iştirak edir.

 

Azərbaycan.- 2022.- 6 mart.- S.4.