Ombudsman işğal dövründə Ermənistan tərəfindən dağıdılmış qəbiristanlıqlarla bağlı hesabat hazırlayıb

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Birinciİkinci Qarabağ müharibələri dövründə Ermənistanın törətdiyi müharibə cinayətləri, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq normalarının pozulması faktları barədə dünya ictimaiyyətini məlumatlandırmaqda davam edir.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbinə Əliyeva işğal dövründə Ermənistan tərəfindən dağıdılmış və təhqir edilmiş qəbiristanlıqlarla bağlı hesabat hazırlayıb.

S.Əliyeva növbəti hesabatını həyata keçirdiyi faktaraşdırıcı missiya çərçivəsində əldə etdiyi müvafiq dəlil, sübutmateriallar əsasında hazırlayıb.

Bu hesabat işğal dövründə azərbaycanlılara məxsus qəbiristanlıqların Ermənistan tərəfindən kütləvi şəkildə və qəsdən dağıdılması, qəbirlərin və ölülərin təhqir edilməsi, qəbirüstü abidələrin talan edilməsi, habelə məzarları ziyarət edəcək insanlar arasında ölüm hallarının baş verməsi məqsədilə ərazinin minalanması və digər əyani faktları özündə əks etdirir.

Hesabatda beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarının kobudcasına pozulması, müharibə cinayətləri törədilməsinə görə Ermənistanın hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində ciddi tədbirlərin görülməsi üçün beynəlxalq təşkilatlara çağırış edilib.

Hesabat beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təbliği ilə məşğul olan digər beynəlxalq qurumlara göndərilib.

 

Azərbaycan.- 2022.-6 mart.- S.8.