Yel çərşənbəsi

 

Xalqımızın milli bayramları onun ənənəvi mədəniyyətinin elementlərindən hesab olunur. İnsanların inancını əks etdirən bayramlar, el şənlikləri canlı tarix nümunələridir. Novruz da xalqımızın dünyagörüşünü, mifoloji düşüncəsini, adət-ənənələrini özündə ehtiva edən bayramlardandır. Novruz inanclarının əsasında dayanan insana, təbiətə həyat verən dörd ünsürdən biriyeldir. Yel çərşənbəsi “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” və “Yelli çərşənbə” kimi də tanınır.

Yel” istər şifahi xalq ədəbiyyatında, istərsə də yazılı ədəbiyyatımızda müxtəlif simvolik anlamlarda işlənərək mifik dünyagörüşünü özündə əks etdirmişdir. Kainatın yaradılmasında əsas yer tutan dörd ünsürdən biri olanyel” fərqli mənalarda üzə çıxır, müxtəlif mifik qatları özündə əks etdirir. Müxtəlif xalqların mifoloji təsəvvürlərinə, tarixlərinə nəzər saldıqda görərik ki, “yelünsürü bir çox canlının, xüsusilə atın törəyişində özünəməxsus rol oynamışdır. Bu baxımdan şifahi xalq ədəbiyyatının örnəkləri olan nağıllarda, dastanlardaYel atları”, “Yel qanadlı atlar”ın adının keçməsi təsadüfi hal deyildir.

Folklor nümunələrindən olan mövsüm nəğmələri içərisində yel haqqında bədii nümunələrə rast gəlinir. Bu nümunələrdə əsasən mifoloji qat özünü göstərir. Azərbaycan mifologiyasında bir çox tanrı və bu tanrılara həsr olunmuş ritual nəğmələr mövcuddur. Bunlardan biri Yel babanəğməsidir:

 

A Yel baba, Yel baba,

Tez gəl, baba, gəl, baba.

Sovur bizim xırmanı

Dən toplanıb dağ olsun

Yel babamız sağ olsun.

 

Əkin-biçin zamanı oxunan bu nəğmədə antopomorfikləşdirilmiş Yel baba obrazı onun təriflənməsi ön planda tutulur.

Təsəvvüf ədəbiyyatındaSəbaadı ilə verilən, ruhani aləmdən əsən külək Allahdan kamil insanların qəlbinə dolan ruhani nəfəsdir ki, bəşərin öz əslinə qovuşmasına vasitəçi olur.

Quranda isə yelin Allah tərəfindən göndərildiyi qeyd edilir. Quranda küləklər müjdəçi adlandırılır.Nəmlsurəsinin 63-cü ayəsində oxuyuruq: “Qurunun dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə müjdəçi kimi göndərən kimdir? Məgər Allaha yanaşı başqa bir tanrımı var?! Allah Ona şərik qoşduqlarından ucadır!”

Əski inamlarda Yel Tanrı kimi qəbul edilir, yaxud hər hansı bir missiyanı yerinə yetirmək üçün dünyanı idarə edən qüvvə tərəfindən göndərilən bir güc kimi göstərilir. O, köməkedici, cəzalandırıcı funksiyaya sahibdir. Qədim etiqadlardan qaynaqlanan mənbələrdəqara nəhr”də yatmış dörd cür külək - yel, qara yel, xəzri, gilavar Yer üzünə çıxır. Hərəsinin öz donu olur. Bu donların rəngləri mifik dünyagörüşündən qaynaqlanır. yel - libasda, qara yel - qara libasda, xəzri - göy libasda, gilavar - qırmızı libasda təsvir edilir.

Azərbaycan mifik təfəkküründə yel yol göstərən, bələdçi funksiyasını yerinə yetirir. Yel baba yolunu azan insanların qarşısına çıxır, onlara yolu tapmaqda köməkçi olur. O, azanlara yumaq ip verərək bu vasitə ilə onları düz yola çıxarır.

 

İp yumağın səridi,

Təri zəhmət təridi,

Havaya isti gəldi,

Suyun buzu əridi.

 

Yel bir varlıq kimi götürülür, ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir. Bu səbəbdən Yel babanın şərəfinə xüsusi mərasimlər, ayinlər keçirilir. Bu mərasim dörd ilahi başlanğıcdan üçüncüsü olan Yel çərşənbəsində icra olunur. Yellə bağlı nəğmələr, bayatılar söylənilər. Yel baba köməyə çağırılar.

Əcdadlarımız inanmışlar ki, Yel baba xırmana gəlməmişdən qabaq oradan taxıl bitkiləri götürməzlər. Belə inanc var ki, sovurulandan sonra ilk buğda götürənin oğlu olar. Buna əsaslanaraq deyə bilərik ki, əski inanclarda Yel baba rabitə yaradan vasitə hesab edilirdi. Ən maraqlı rituallardan biri isə qızların küləyəərə getməmərasimidir. Taxıl döyümü vaxtı boğanaq, qalxarsa, qızlarBoğanaq, gəlmə, sənə gedəcəyəmdeyirlər.

Yel çərşənbəsi günü digər çərşənbələrdə olduğu kimi, tonqallar qalanır, süfrələr bəzənir. Evlərdə plov, əsasən südlü plov, bulğur aşı bişirilir. Süfrəyə dənli bitkilərdən hazırlanmış çərəzlərdən, quru meyvələrdən şirniyyatlardan ibarət xonçalar qoyulur. Evlərdə təmizlik işlərinə başlanır, səməni cücərdilir, bəzi evlərdə isə azca boy atmış səməninin belinə qırmızı qurşaq bağlanır. Bu ərəfədən başlayaraq bayram üçün yeni geyimlər alınır. Yel çərşənbəsində xüsusi ayinlər icra olunur; Yel çərşənbəsində söyüd ağacının altından keçərlər ki, niyyətin qəbul olsun. Yel çərşənbəsində Yel dağına ziyarətə gedərlər.

Xalq arasında yellə bağlı inanclar üstünlük təşkil edir. Bəzi bölgələrdə külək bərk əsərkən evin ilk övladı sonbeşik uşaqla canamazı (namaz qılınan parça) əncir ağacına bağlayaraq söyləyir:

 

Mən anamın ilkiyəm,

Ağzı qara tülküyəm,

Xəzri yat, gilavar yat...

Külək, sürmə at,

Gəl, ələkdə, yat!

 

Bu şeir parçası bəzi bölgələrdə son misraları dəyişməklə dolunun dayandırılması üçün oxunur. Yel çərşənbəsində isə yel əsmədikdəKülək çağırdımərasimini icra edirlər.

Ulularımızın inancına görə, Yel çərşənbəsində vədə küləkləri Xızır Nəbinin əmri ilə məhəbbət qanadına çevrilərək ürəkdən-ürəyə əsərək sevgini aləmə yayır. Məhz bu səbəbdən oğlanlar bu çərşənbədə qız seçməyə çıxarlarmış. İnama görə, bu gecə Xızır Nəbi sevgililərəAbi-kövsərsuyu içirib buta verir. yelə tuş olasan səni”, “Üstündən yellər əssinkimi alqışlarımızın da bu inancdan doğduğunu desək, yanılmarıq. Hətta inanca görə, Yel çərşənbəsində ata-ananın xeyir-duası olmadan qaçırılan qıza xeyir-duanı əli butalı Xızır Nəbi verir. Bu çərşənbədə qəfəsdəki quşların satın alınıbAzat-bezat, məni cənnətdə gözətdeyərək havaya buraxılması da inanclarımızdandır. Bəzi hekayələrimizdə bu motiv öz yerini tutur. Xahiş, arzu yazılan çərpələnglərin göyə buraxılması bu çərşənbənin ayinlərindəndir. Xızır Nəbi ilə təmasda olmaq üçün icra olunanYelləncəkdə yellənməmərasimi bu çərşənbənin rituallarındandır.

Yellə bağlı atalar sözləri çoxluq təşkil edir: Yelə verdiyin düşmənə qismət olar. Yel əsməyincə yarpaq tərpənməz. Yelə qoşulan çox uzağa getməz. Yel aparan yelinki, yerdə qalan mənimki. Yelin işi elnən deyil, külnəndi. Küləklə yatanın cin atı olar. Yelin zarafatı qovmaqla başlanır. Ağac körpə olanda qara yeldən qoruyarlar. Bu cür atalar sözləri adətən inanclarla bağlı yaranır.

 

Səhər ORUCOVA

BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı

kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

 

Azərbaycan.- 2022.- 6 mart.- S.9.