Operativ Qərargah xüsusi karantin rejimi çərçivəsində
növbəti yumşalma tədbirləri
barədə qərar qəbul edib
Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edilib.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qərara əsasən,
2022-ci il martın 6-dan etibarən:
aşağıdakılara icazə
verilir:
- dövlət
orqanlarında (qurumlarında)
vətəndaşların yerində
qrup və fərdi qaydada qəbuluna;
- dini
ritual xidmətlərinin, eləcə
də mərasim zallarında, çadırlarda
və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə;
- bütün
kütləvi tədbirlərin,
o cümlədən idman
tədbirlərinin keçirilməsinə;
- ictimai
iaşə obyektlərində
qəlyan avadanlıqlarından
istifadəyə;
- masaj
xidmətlərinin göstərilməsinə;
- sərnişinləri
qarşılayan və
yola salan şəxslərin hava limanının terminalına
girişinə.
aşağıdakı məhdudiyyətlər
ləğv edilir:
- mədəniyyət
obyektlərinin, eləcə
də kinoteatrların,
teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının,
həmçinin uşaq
əyləncə məkanlarının
(bulvar və parkların ərazisində
olanlar da daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin
nəzdindəki uşaq
və digər əyləncə mərkəzlərinin,
kinoteatrların fəaliyyəti
ilə bağlı vaxt və say məhdudiyyəti;
- dini
ibadət yerlərinə
tətbiq edilən say
və eyni vaxtda ibadət üçün nəzərdə
tutulan yerlərlə bağlı faiz məhdudiyyəti;
- şənlik
mərasimlərinin (toy, nişan,
ad günləri və
s.) keçirilməsi ilə
bağlı vaxt və say məhdudiyyəti;
- ictimai
iaşə obyektlərində,
eləcə də restoran, kafe, çay evləri və bu kimi
digər məkanların
fəaliyyəti ilə
bağlı vaxt məhdudiyyəti, həmçinin
hər bir masa arxasında 6 nəfərdən artıq
toplaşmaqla bağlı
məhdudiyyət;
- pandemiya
dövründə ictimai
iaşə müəssisələrinə
müştəri qəbulu
zamanı tətbiq edilən adambaşı sıxlıq normaları;
- 10 nəfərdən
artıq şəxsin
iştirakı ilə
tədris və repetitor xidmətlərinin
həyata keçirilməsi
məhdudiyyəti.
Fəaliyyətinə icazə verilən xidmətlərdən (işlərdən)
yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd
sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən
sənədi, yaxud
COVID-19-a qarşı peyvəndə
əks-göstərişi müəyyən
edən əks-göstəriş
sertifikatı olan şəxslər (yaşı
18-dən aşağı olan
şəxslər istisna
olmaqla) istifadə edə bilər.
Qeyd etmək lazımdır ki, məhdudiyyətlərin ləğv
olunması şamil olunan iş və xidmət sahələrində koronavirus
infeksiyasına qarşı
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş
digər tələblər
(girişlərdə COVID-19 pasportlarının təqdim
olunması, qapalı yerlərdə maskadan istifadə və s.) qüvvədə saxlanılır.
Tətbiq edilən
tələblərə riayət
olunmasını təmin
etmək məqsədilə
müvafiq nəzarət
tədbirlərinin icrasına
davam ediləcək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
uyğun olaraq məsuliyyətə cəlb
ediləcəklər.
Koronavirus infeksiyasının yayılmasının
qarşısını almaq
məqsədilə sosial
məsafənin qorunması
və əl gigiyenası kimi ümumi qaydalara, habelə metodiki göstərişlərdə qeyd
olunmuş tövsiyələrə
riayət olunması zəruridir.
Azərbaycan.-
2022.- 6 mart.- S.10.