Bahar motivlərini təsvir edən rəsm sərgisi böyük maraqla qarşılanıb

 

Huma Art Room” qalereyasında 8 Mart -Beynəlxalq Qadınlar Gününə həsr olunmuşYaz Rapsodiyası” adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə beş azərbaycanlı xanım rəssamın - Ziba Əliyeva, Raida Mustafayeva, Lelya İsayeva, Aydan Nəbizadə və Safranda Məmmədovanın əsərləri nümayiş olunub.

Bu ay bizim qalereyamızın bir yaşı tamam olurbiz bu hadisəni parlaqunudulmaz qeyd etmək istəyirdik. Əminəm ki, buna nail olduq. Baharın nəfəsini artıq hamımız hiss edirik. Bahar bir çoxları üçün bayramlarla, hərarətlə və təbii ki, çiçəklərlə bağlıdır. Gəlin gözlərimizi klassiklərə - ölməz rəsm əsərlərinə çevirək. İlin bu qeyri-adi vaxtını gözlərlə görməyə çalışaq. Xanım rəssamlarımız təbiətin oyanışını incə hiss edərək, bu hissləri əsərlər vasitəsilə mükəmməl şəkildə tamaşaçıya çatdırırlar. Bütün bu assosiasiyaları sərgidə təqdim olunan əsərlərdə görmək olar”, - deyə “Huma Art Room” qalereyasının nümayəndəsi Teymur Məmmədov bildirib.

Qeyd edək ki, sərginin məqsədi 8 mart ərəfəsində Azərbaycan xanım rəssamlarının müasiryeni baxışlarını nümayiş etdirməkdir.

Sərgi martın 11-dək davam edəcək.

 

Azərbaycan.- 2022.- 6 mart.- S.10.