Emmanuel Makron: "Azərbasycan Prezidenti kimi ilk səfərinizi Fransaya etdiyinizi unutmamışıq"
Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Cənab Prezident,
Fevralın 21-də Fransa və Azərbaycan öz diplomatik münasibətlərinin
qurulmasının 30 illiyini
qeyd edirlər. Bu münasibətlə mən
Sizə səmimi təbriklərimi ünvanlamaq
istəyir və ümid edirəm ki, Azərbaycan öz müstəqilliyini,
inkişafını və
ölkələrimizin bağlı
olduğu dünyəviliyi
möhkəmləndirməyi bundan sonra da
davam etdirəcəkdir.
Bu illər ərzində Fransa və Azərbaycan iqtisadi, mədəni və təhsil sahələrində tərəfdaşlığa
əsaslanan, Fransa və Azərbaycan arasında dostluğun bünövrəsi sayılan
Fransa-Azərbaycan Universiteti
və Bakıdakı fransız liseyi kimi ümumi uğurlarla əlamətdar
olan möhkəm əlaqələr qura bilmişlər. Fransa İnkişaf Agentliyi
infrastruktur və kommunikasiya sahələrində
layihələr həyata
keçirməkdədir.
Prezident Heydər Əliyevin Prezident Fransua Mitteranla 1993-cü ildə
imzaladığı dostluq,
anlaşma və əməkdaşlıq haqqında
müqavilə əsasında
qurulan bu münasibətlər həm
də mənim çox bağlı olduğum ən yüksək səviyyədə
siyasi dialoqa əsaslanır. Azərbaycan Prezidenti kimi
ilk səfərlərinizi Fransaya
etdiyinizi unutmamışıq.
Fransa həm də ATƏT-in
Minsk qrupunun həmsədri
kimi, regionda ədalətli, davamlı sülh və rifah mənbəyi üçün səyləri
dəstəkləmək öhdəliyinə
tam sadiqdir.
Mən Sizinlə və Ermənistanın baş naziri ilə Avropa İttifaqı Şurası sədrinin yanında apardığınız
son mübadilələrimizin konstruktiv ruhunu alqışlayıram. Fransa müzakirə etdiyi bütün mövzularda irəliləyişə nail olmaq
üçün öz
dəstəyini verməyə
hazırdır. Mən
qorunmalı olan irs məsələsi
və UNESCO-nun missiyası
barədə toxunduğumuz
mövzu haqqında da xüsusilə düşünürəm.
Fransa, həmçinin Azərbaycan
ilə Avropa İttifaqı arasında Şərq tərəfdaşlığı
və iştirak etdiyimiz 15 dekabr Zirvə görüşündə
müəyyən edilmiş
prioritetlər çərçivəsində
əlaqələri gücləndirmək
arzusundadır.
Ümidvaram ki, ikitərəfli əlaqələrimiz bundan
sonra da dostluq və etimad ruhunda möhkəmlənəcəkdir. Əmin olun
ki, Fransa buna fəal şəkildə töhfəsini
verəcəkdir.
Cənab Prezident ən yüksək ehtiramlarımı
qəbul etməyinizi xahiş edirəm.
Emmanuel Makron
Fransa Respublikasının Prezidenti
Azərbaycan.- 2022.- 10 mart.- S.2.