Dostluq və stateji tərəfdaşlıq
xarakteri daşıyan
münasibətlər
Martın 9-da Milli Məclisin Sədri Sahibə Qafarova Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb. Qonağı səmimiyyətlə salamlayan spiker Sahibə Qafarova, onunla əvvəlki görüşlərini məmnunluqla
xatırladıb. O, Emma Nikolsonun ölkəmizə
bir neçə dəfə səfər etdiyini vurğulayaraq, bu səfərin ikitərəfli münasibətlərin
daha da dərinləşməsinə
töhfə verəcəyinə
inamını ifadə
edib.
Bu il
Azərbaycanla Böyük
Britaniya arasında diplomatik əlaqələrin
qurulmasının 30 illiyinin
qeyd olunduğunu söyləyən Milli Məclisin sədri iki ölkə arasında münasibətlərin
dostluq və strateji tərəfdaşlıq
xarakteri daşıdığını
bildirib.
Sahibə Qafarova ölkələrimiz arasındakı
əlaqələrin inkişafında
parlamentlərin müsbət
rolunu vurğulayaraq, qeyd edib ki,
ali qanunverici
orqanlarımızın üzvləri
arasında xoş münasibətlər mövcuddur.
Bu münasibətlər parlamentlər arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda
əməkdaşlığımızda özünü büruzə
verir. Hər iki ölkə
parlamentlərində İşçi
qrupları uğurla fəaliyyət göstərirlər.
Böyük Britaniya
Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson da ölkələrimiz arasında münasibətlərin
yüksək səviyyəsini
qeyd edərək, 30 il ərzində
ikitərəfli əlaqələrdə
əldə olunmuş
nailiyyətlərdən danışıb.
O, həmçinin, parlamentləarası
münasibətlərin də
uğurlu inkişafından
razılığını bildirib, deputatlarımızın
Avropa Şurası Parlament Assambleyası çərçivəsində əməkdaşlığını qeyd edib.
Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycan
torpaqlarının işğaldan
azad olunmasından sonra regionda yaranmış yeni vəziyyət, azad olunmuş ərazilərimizdə
aparılan geniş bərpa və quruculuq işləri haqqında da məlumat verilib. Milli Məclisin sədri bildirib ki, hazırda
Azərbaycan işğaldan
azad olunmuş əraziləridə öz
imkanları hesabına
genişmiqyaslı infrastrukturun
yaradılması, yeni
müasir yolların salınması, elektrik enerjisi ilə təminat işləri ilə yanaşı, ərazilərin minalardan təmizlənməsi istiqamətində
də tədbirlər həyata keçirir. Bu işlər
məcburi köçkünlərin
öz yurd-yuvalarına
təhlükəsiz şəkildə
qayıtması üçün
çox vacibdir.
Görüşdə həmçinin ölkələrimiz
arasında iqtisadi, ticarət, təhsil, mədəniyyət və
digər sahələrdə
əməkdaşlığın genişləndirilməsinə dair
fikir mübadiləsi aparılıb.
Ülkər
XASPOLADOVA
Azərbaycan.-
2022.- 10 mart.- S.3.