Azərbaycanda İnvestisiya Holdinqinin Müşahidə
Şurasının növbəti iclası keçirilib
10 mart tarixində Azərbaycan Respublikasının Baş naziri, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində 2021-ci ildə Holdinqin görülən işlər barədə fəaliyyət hesabatı, üç portfel şirkətin “Azər-Türk Bank” ASC, “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” və “Təmiz şəhər” ASC-nin fəaliyyətinin diaqnostikasının nəticələri, portfel şirkətlərində Koordinasiya Ofislərinin təşkili haqqında və digər cari məsələlər müzakirə edilib.
Holdinqin
İdarə Heyətinin sədri Mətin Eynullayevin
və Baş icraçı direktoru Ruslan Əlixanovun
məruzələri dinlənilib. Həmçinin iclasda diaqnostikanın nəticələri barədə
aidiyyəti portfel şirkətlərin
Müşahidə Şurasının sədrinin və
şirkət rəhbərlərinin
çıxışları ətrafında geniş
müzakirələr aparılıb.
Azərbaycan.- 2022.- 11 mart.- S.2.