Azərbaycanın xarici işlər naziri rusiyalı həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə edib

 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov martın 10-da Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ikitərəfli gündəliyin aktual məsələləri üzrə müzakirələr aparılıb.

Tərəflər Ukraynada mövcud olan vəziyyət, Rusiya Ukrayna arasında aparılan danışıqlar, məsələnin həlli yolları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə nazirlər regionda mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası, işğal amilinin aradan qaldırılması ilə Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaranması, kommunikasiya nəqliyyat xətlərinin açılması, sərhədlərin delimitasiya prosesinə dair məsələlər ətrafında müzakirələr aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Azərbaycan.- 2022.- 11 mart.- S.2.