İtaliya Baş nazirinin
Prezident İlham
Əliyevə zəng etməsi İtaliya
mətbuatının diqqət mərkəzindədir
İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi və telefon söhbəti vaxtı müzakirə olunmuş mövzulara geniş diqqət ayırıb.
AZƏRTAC xəbər verir ki, İtaliyanın aparıcı xəbər agentlikləri olan “ANSA”, “Adnkronos”, “Agenzia Nova”, “AGI”, “AISE”, “La Presse”, eləcə də “Insideover”, “Notizie Geopolitiche”, “Kmetro0”, “Giornale Diplomatico”, “Startmag”, “Tusiaweb”, “RTL”, “Affari Italiani”, “Borsa Italiana”, “La Ragione”, “La Sicilia”, “Notizie Yahoo”, “Informazione”, “TFNews”, “Alto Adige”, “Radio Studio Due”, “TV7”, “Sasari Notizie”, “Olbia Notizie”, “Giornale Radio” və sair kimi mətbuat orqanlarında dərc olunmuş yazılarda İtaliya Respublikası Nazirlər Şurasının Mətbuat Xidmətinin və Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətinin məlumatlarına əsasən martın 8-də Mario Draqinin Prezident İlham Əliyevə zəng etməsi, söhbət zamanı Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi, xüsusilə də enerji sahəsində əməkdaşlıq, Ukraynadakı böhranla bağlı vəziyyətə dair mövzuların müzakirə edildiyi qeyd olunub.
Məlumatlarda telefon söhbəti zamanı bu
il Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyinin qeyd olunduğu
vurğulanıb. Bu müddət ərzində
iki ölkə arasında münasibətlərin
strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlməsindən məmnunluq ifadə olunub. Habelə bildirilib
ki, söhbət zamanı Azərbaycan və
İtaliya arasında iqtisadi,
ticarət və enerji sahələrində
səmərəli əməkdaşlığın qurulduğu, enerji sahəsində
əməkdaşlıqda Cənub Qaz Dəhlizinin
və onun tərkib hissəsi olan Trans-Adriatik təbii qaz boru kəmərinin əhəmiyyəti
vurğulanıb, Azərbaycanın İtaliyanın neft təchizatında 1-ci, qaz
təchizatında isə 3-cü yer tutduğu qeyd edilib. Yazılarda telefon danışığı zamanı mədəniyyət
və təhsil sahələrində həyata keçirilən
uğurlu əməkdaşlıq layihələrinin
müzakirə olunduğu, bu
xüsusda Bakıda İtaliya-Azərbaycan
universitetinin yaradılmasının əhəmiyyətinin
vurğulandığı, eləcə də tərəflərin
iki ölkə arasında strateji tərəfdaşlığın
gücləndirilməsi məqsədilə yüksək səviyyəli
siyasi dialoqun və
qarşılıqlı səfərlər mübadiləsinin davam etdirilməsinə razılıqlarını
bildirdikləri qeyd olunub.
Məlumatlarda eləcə də, telefon
söhbəti zamanı regional mövzular, o cümlədən
Ukraynada cərəyan edən hadisələr
ətrafında fikir mübadiləsinin
aparıldığı bildirilib.
Azərbaycan.-
2022.-11 mart.- S.4.