Lənkəran teatrında “Haqqın 44 günü” adlı tamaşaya ictimai baxış olub

 

Prezident İlham Əliyevin 2022-ci iliŞuşa ilielan etməsi ilə əlaqədar olaraq Lənkəran Dövlət Dram Teatrında hazırlanmış “Haqqın 44 günü” adlı tamaşaya ictimai baxış keçirilib.

Vətən müharibəsində 44 gün ərzində qazanılmış böyük zəfərimizin qəhrəmanlıq dastanı kimi təqdim olunan bu səhnə əsərinə yerli ictimaiyyətin nümayəndələri ilə yanaşı, Qarabağ qaziləri də tamaşa etmişlər.

Teatrın baş rejissoru Anar Babalının sözlərinə görə, bu səhnə əsəri  qısa müddətdə hazırlanaraq ərsəyə gətirilib: “Tamaşada birinciikinci Qarabağ müharibəsində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb. Səhnə əsərində həmçinin müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinliklərdən, ağrı-acılardan da bəhs olunur”.

Tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları teatrın gənc aktyor və aktrisalarından Gülər Kərimova, Səyyad Əliyev, Emil Rzayev, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbasova ifa edirlər.

Tamaşadan sonra keçirilən müzakirələrdə Qarabağ qaziləri belə bir tamaşanın hazırlanmasından məmnun qaldıqlarını bildirərək yaradıcı kollektivə uğurlar diləmişlər.

Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, “Haqqın 44 günü  tamaşası  Şuşa ili” çərçivəsində respublikamızın bütün bölgələrində nümayiş etdiriləcək. 10 Mart Milli Teatr Günündə isə Lənkəran teatrının səhnəsində tamaşanın premyerası olacaq.

 

Ağaddin BABAYEV,

Lənkəran

 

Azərbaycan.- 2022.- 11 mart.- S.6.