Azərbaycan-Türkiyə enerji əməkdaşlığının inkişafı müzakirə edilib

 

Antalya Diplomatiya Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə enerji əməkdaşlığının hər iki ölkə üçün faydalarından məmnunluq ifadə edilib. TANAP layihəsinin Türkiyənin təbii qaz tələbatının ödənilməsinə töhfələri qeyd edilib. İğdır-Naxçıvan qaz boru kəməri layihəsi üzrə işlərin gedişatı nəzərdən keçirilib. Təbii qazelektrik enerjisi üzrə əməkdaşlığın inkişafı üçün imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2022.- 13 mart.- S.2.