Azərbaycanın və Türkiyənin müdafiə
nazirləri arasında telefon
danışığı olub
Martın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Z.Həsənov H.Akarı 70 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və Türkiyə Silahlı Qüvvələrinin inkişafı naminə fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.
Tərəflər regional təhlükəsizlik, ikitərəfli
hərbi əməkdaşlığın cari
vəziyyəti və inkişaf perspektivlərini
müzakirə ediblər.
Azərbaycan.-
2022.- 13 mart.- S.3.