Ukrayna səfiri: “Humanitar
yardıma görə Azərbaycan Prezidentinə və
xalqına təşəkkürümüzü bildiririk”
Artıq iki həftədir Azərbaycan Ukraynaya müntəzəm olaraq humanitar yadım göndərir. Göndərilən yardımlar yüzlərlə yaralı insanı xilas edir. Azərbaycandan Ukraynaya hazırkı vəziyyətdə lazım olan tibbi avadanlıqlar, dərmanlar və qida məhsulları göndərilir. Buna görə Azərbaycan dövlətinə və xalqına, xüsusilə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukraynaya humanitar yardımın yola salınması mərasimində jurnalistlərə müsahibəsində deyib.
Azərbaycan və
Ukraynanın uzun illər həmrəylik nümayiş etdirdiklərini söyləyən
səfir bildirib: “Biz,
sadəcə, strateji tərəfdaşlar
deyilik, biz həm də
dost ölkələrik”.
Azərbaycan.-
2022.- 13 mart.- S. 3.