Gəncə Dövlət Dram
Teatrının yeni binasında ilk tamaşa nümayiş etdirilmişdir
Milli Teatr Günü münasibəti ilə Gəncə Dövlət Dram Teatrının yeni binasında “Cavad xan” tarixi dramı nümayiş etdirilmişdir.
Tamaşadan əvvəl Gəncə Dövlət Dram Teatrının yeni binasına, eləcə də teatrın muzeyinə baxış keçirilmişdir. Qeyd edilmişdir ki, 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Gəncə Dövlət Dram Teatrının yeni binasında 478 yerlik böyük tamaşaçı zalı, 22 yerlik lojalar və 120 yerlik kiçik tamaşaçı zalı var. Yeddimərtəbəli binada həmçinin iki zaldan, 135 eksponat və rəsm əsərlərindən ibarət Gəncə Teatr Muzeyi, zəngin kitabxana, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastruktur yaradılıb. Teatrın yeni binasında tamaşaların nümayişi üçün müasir texniki şərait təmin edilib, yaradıcı heyətin məşqləri ilə bağlı bütün məqamlar nəzərə alınıb.
Sonra “Cavad xan” tarixi
dramı nümayiş
olunub. Tamaşa Gəncənin sonuncu
xanı Cavad xanın yurduna olan bağlılığından,
Gəncənin tarixindəki
xidmətlərindən, azadlıq
uğrunda işğalçılara
qarşı apardığı
mübarizədən bəhs
edir.
Əsərin müəllifi yazıçı-jurnalist
Nüşabə Əsəd
Məmmədlidir. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət
xadimi Əsgər Əsgərov, rejissoru Elşad Əhmədov, quruluşçu rəssamı
Mirzə Mehdi, musiqi tərtibatı Sevda Əliyeva, rejissor assistenti Nişanə Qurbanovadır.
Baş rollarda Xalq artisti Pərvanə
Qurbanova və Əməkdar artist Elxan Yunis, həmçinin Əməkdar artistlər İlham Hüseynov, Ramiz Vəliyev, Novruz Cəfərov, Salamulla İsmayılov, aktyorlar Yusif Cəfərov, Samir Abbasov, Murad Meyfəliyev, Şahmar Məmmədov və başqaları çıxış
ediblər.
Sabir ƏLİYEV
Azərbaycan.-
2022.- 13 mart.- S.5.