Azərbaycanlı akrobatlardan
bürünc medal
XXVIII Dünya Çempionatı
Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə
XXVIII Dünya Çempionatının
birinci gününə
yekun vurulub. Yarışda
ölkəmizi gənclər
arasında Avropa çempionları Daniel Abbasov
və Murad Rəfiyev kişi
cütlüklərin yarışında
təmsil edirlər.
Qarışıq cütlüklər tərkibində
isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş
və bürünc mükafatçıları Ağasif
Rəhimov və Raziyə Seyidli mübarizə aparırlar.
Birinci yarış gününün
nəticələrinə əsasən
idmançılarımız 3 finala vəsiqə qazanıblar.
Daniel Abbasov və Murad Rəfiyevdən
ibarət kişi
cütlüyümüz balans
hərəkəti üzrə
təsnifat mərhələsində
27,520 xalla üçüncü
olub və finala vəsiqə əldə edib.
Medallar uğrunda
keçirilən yarışlarda
Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi
cütlüyümüz bürünc
medala sahib olub. Cütlüyümüzün qarışıq hərəkət üzrə
final mərhələsində çıxışı 28,270 xalla qiymətləndirilib.
Yarışın qalibi ABŞ akrobatları olub - 28,400 xal. Qazaxıstanlı cütlük 28,330 xalla yarışı ikinci pillədə başa vurub.
Martın 13-də
keçiriləcək finalda
Azərbaycan komandası
ilə yanaşı,
ABŞ, Qazaxıstan, Portuqaliya,
Almaniya və Özbəkistan gimnastları
da medallar uğrunda yarışacaqlar.
Bu gün (martın 12-də) isə akrobatlarımız temp hərəkəti
yarışının finalında
ABŞ, Qazaxıstan, Portuqaliya,
Almaniya və İspaniya idmançıları
ilə mübarizəyə
qoşulacaqlar.
Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlüyümüz
balans hərəkətində
28,760 xalla birinci olub və finala
vəsiqə qazanıblar. Sabir Ağayev
və Mehriban Salamovadan ibarət digər cütlüyümüz
isə 26,890 xalla səkkizinci pillədə
qərarlaşıb.
Sabah (martın
13-də) təşkil olunacaq
final mərhələsində Azərbaycan ilə yanaşı, Böyük
Britaniya, Belçika, Almaniya, İsrail və Portuqaliya akrobatları da qələbə uğrunda
mübarizə aparacaqlar.
Son olaraq qadın cütlüklərin
temp hərəkətində finalçıların adlarına
aydınlıq gətirilib.
Təsnifat mərhələsində uğurla çıxış
edən Portuqaliya, Macarıstan, Qazaxıstan,
ABŞ, Böyük Britaniya
və Avstraliya cütlükləri martın
13-də keçiriləcək finalda medallar uğrunda yarışacaqlar.
Yarışların ikinci günündə Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz
dünya çempionatının
finalına vəsiqə
qazanıb.
Akrobatlarımız temp hərəkətində
təsnifat mərhələsində
hakimlərdən 29,090 xal
alıb və ikinci olub. Bu
nəticə ilə komandamız həlledici mərhələdə yer
alıb.
Martın 12-də təşkil olunacaq final mərhələsində Azərbaycan
ilə yanaşı, Böyük Britaniya, Belçika, İsrail, İspaniya və Portuqaliya cütlükləri
də qələbə
uğrunda yarışacaqlar.
Sabir Ağayev və Mehriban Salamovadan ibarət digər cütlüyümüz 26,340 xalla
doqquzuncu olub və finala düşə bilməyib.
Dünən həm də komanda hesabında qaliblər müəyyənləşib. Belçika çempionatın
qızıl medalına
sahib olub. Portuqaliya idmançıları
gümüş medal, Böyük
Britaniya komandası bürünc medal qazanıblar.
Qeyd edək ki, çempionatda
17 ölkədən 170 gimnast
iştirak edir. Martın
13-dək davam edəcək
yarışlarda idmançılar
qadın, kişi
və qarışıq
cütlükləri, eləcə
də qadın və kişi qrupları proqramlarında
balans, temp və qarışıq hərəkətlər
üzrə mübarizə
aparacaqlar.
Rizvan CƏFƏROV
Azərbaycan.- 2022.- 12 mart.- S.7.