Hikmət Hacıyev: “İşğaldan
azad edilmiş Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında səhra missiyası həyata keçirilib”
Aİ, BMT və Dünya Bankının birgə “Bərpa və sülh quruculuğunun qiymətləndirilməsi” komandası ilə səmərəli müzakirələr apardıq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsində etdiyi paylaşımda bildirib.
Prezidentin
köməkçisi qeyd edib
ki, səhra missiyası işğaldan
azad edilmiş Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında həyata keçirilib. Azərbaycan
Hökumətinin münaqişədən sonrakı yenidənqurma
gündəliyinin səylərinə beynəlxalq ictimaiyyətin
dəstəyi vacibdir.
Azərbaycan.-
2022.- 17 mart.- S.2.