Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidməti haqqında Əsasnamə”də, “Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
strukturu”nda, “Azərbaycan
Respublikası dövlət büdcəsinin vəsaiti
hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin hərbi
qulluqçularının və Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə
işə götürülən işçilərin ştat sayının həddi”ndə və “Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətində ali hərbi rütbəli
vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 1, maddə 46; 2018, ¹ 7 (I kitab), maddə 1492; 2019, ¹ 3, maddə 414, ¹ 7, maddə 1247, ¹ 10, maddələr 1580, 1592; 2020, ¹ 2, maddə 109, ¹ 5, maddə 556, ¹ 6, maddə 700; 2021, ¹ 3, maddə 229; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 yanvar tarixli 1577 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”də, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda, “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişikliklər təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart
2022-ci il
Azərbaycan.
- 2022.- 18 mart.- S.3.