Böyük qayıdış şanlı zəfərin
modern yolları ilə reallaşacaq
Bu il Qarabağ və
Şərqi Zəngəzurda yeni yol infrastrukturları istifadəyə veriləcək
Şanlı zəfərimizlə bitən Vətən müharibəsindən ötən 1 il 4 ay ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında böyük tikinti-quruculuq işləri həyata keçirilməkdədir. Əlbəttə ki, bu ərazilərdə hərəkətin tənzimlənməsi üçün ilk növbədə, yolların yenidən qurulması, körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət daşıyır. Həm bərpa-quruculuq işlərinin intensivləşdirilməsi, həm də tranzit-logistik baxımdan yolların sürətlə inşası Böyük Qayıdışa hesablanıb.
Prezident İlham Əliyev işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri çərçivəsində yeni yolların təməlini qoyur və tikinti işlərinin sürətlə aparlması ilə bağlı ciddi tapşırıqlarını verir. Hazırda dövlət büdcəsindən ayrılmış vəsait hesabına işğaldan azad edilmiş ərazilərimizdə 15 avtomobil yolunun tikinti işləri aparılır.
Qələbənin simvolu olan Zəfər yolu ilə
Şuşaya hər gün
gediş-gəliş var
Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan avtomobil yolu artıq istifadəyə verilib. Zəfər yolunun tikintisi cəmi bir ilə həyata keçirilib. Bu yol Azərbaycan xalqının qazandığı parlaq qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirilib. Belə qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı, ən əsası isə, İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi.
Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən bu yolla indi ölkə vətəndaşları, xarici qonaqlar Şuşaya rahat şəkildə səfər edə bilirlər.
Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu bu regionun onlarla yaşayış məntəqəsini əhatə edir. Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksəksəviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edir.
8 yolun tikinti
işlərinin bu il başa çatacağı
planlaşdırılıb
İnşa edilməkdə olan digər 15 avtomobil yolundakı vəziyyət də ürəkaçandır. Onların bəziləri bu il istifadəyə veriləcək.
*Füzuli-Hadrut avtomobil yolu;
* Hadrut-Tuğ-Azıx
mağarası avtomobil
yolu;
* Bərdə-Ağdam
avtomobil yolu;
* Qubadlı-Eyvazlı
avtomobil yolu;
* Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan
sərhədi avtomobil
yolu;
* Kəlbəcər
və Laçın rayonları ərazisində
yol infrastrukturunun tikintisi;
* Laçın şəhərinə daxil
olmadan yeni avtomobil yolunun tikintisi;
* Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan
avtomobil yolu.
Birinci texniki dərəcəli və 12 kilometr uzunluğundakı Füzuli-Hadrut
yolu 4 hərəkət
zolaqlıdır. Boru və keçidlərin
tikintisi 21 faiz icra olunub. Yolun 300 m hissəsində asfalt-beton
örtüyün alt layı
tikilib. Bu il yolun istifadəyə verilməsi
gözlənilir.
Hadrut-Tuğ yolu 22 kilometrdir.
2 hərəkət
zolaqlı yolun mövcud örtüyü
frez maşını vasitəsilə profilə
salınır, 2700 m hissədə
asfalt-beton örtüyün
alt layı tikilib, 800
m ərazidə yolun dağılmış hissəsi
qazılaraq ərazidən
uzaqlaşdırılır və yeni yol
əsası tikilir. İşlər bu il başa
çatdırılacaq.
Uzunluğu 45 kilometr olan Bərdə-Ağdam
avtomobil yolu 4 hərəkət zolaqlıdır. Burada torpaq işləri 57 faiz, yol geyimi
19 faiz, boru və keçidlərin tikinti işləri 45 faiz, körpülərin tikintisi 93 faiz icra olunub. Bu yolun da tikintisinin
bu il
başa çatdırılması
gözlənilir.
Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi 2022-ci ildə yekunlaşacaq. 28,5 kilometr uzunluqda olan yol IV texniki
dərəcəli, 2 hərəkət
zolaqlıdır. Yolda qaya
qruntları dağıdılmaqla
torpaq yatağının
tikinti işləri aparılır. Yolun 8 kilometrində
torpaq yatağının
genişləndirilərək normativ enə çatdırılması işləri
başa çatıb.
Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolunun isə layihələndirmə işləri
aparılır. 26,4 kilometr, IV texniki dərəcəli, 2 hərəkət
zolaqlı yolda işlərin başa çatdırılması 2022-ci il üçün nəzərdə tutulub.
Bu il
işlərin başa
çatdırılması nəzərdə tutulan yollardan biri də Kəlbəcər və Laçın rayonları ərazisində
yol infrastrukturunun tikintisidir. Ümumi uzunluğu 726,3 kilometr olan yol
IV texniki dərəcəli,
2 hərəkət zolaqlıdır.
Yollarda torpaq işləri 83 faiz, torpaq yatağının və yol geyiminin
tikinti işləri 25
faiz, boruların tikintisi 95 faiz, yol nişanları 82 faiz icra olunub.
Laçın şəhərinə daxil
olmadan yeni avtomobil yolunun tikintisi də davam etdirilir. Bu yolun uzunluğu 32 kilometrdir. III texniki dərəcəli,
2 hərəkət zolaqlı
avtomobil yolunun layihələndirilməsi ilə
paralel olaraq, torpaq işləri həyata keçirilir.
Yolun
13-24-cü kilometr hissəsində
torpaq yatağının
və 1 körpünün
tikintisi davam etdirilir. Bu il
işlərin başa
çatdırılması nəzərdə tutulub.
Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolu isə II-IV texniki dərəcəli, 2 hərəkət
zolaqlıdır. Uzunluğu 22 kilometr olan yolun
ilk 8,5 kilometr və 9-22-ci kilometr hissələrində torpaq
işləri bitib, suötürücü boruların
və yol geyiminin tikintisi işləri davam etdirilir. Bu il
yolun tikintisinin başa çatdırılması
planlaşdırılır.
11,6
kilometrlik Murovdağ tuneli
İnşa edilməkdə
olan yolların texniki göstəricilərinə
nəzər yetirdikdə
bəlli olur ki, bu yollar
növbəti illərdə
istifadəyə veriləcək:
* Xudafərin-Qubadlı-Laçın
avtomobil yolu;
* Şükürbəyli-Cəbrayıl-Hadrut
avtomobil yolu;
* Ağdam-Füzuli
avtomobil yolu;
* Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolu;
* Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
yeni avtomobil yolu;
* Kəlbəcər-Laçın
avtomobil yolu;
* Toğanalı-Kəlbəcər-İstisu
avtomobil yolu.
Xudafərin-Qubadlı-Laçın avtomobil
yolu 70,4 kilometrdir. I texniki dərəcəli, 4 hərəkət
zolaqlı yolda Qubadlı-Laçın istiqamətində
45 km, Xanlıq istiqamətində
14 kilometr hissədə
torpaq yatağının
və körpülərin
tikintisi işləri aparılır. Torpaq işləri 47 faiz, yol geyimi 10 faiz,
boru və keçidlərin tikintisi
25 faiz, körpülərin
tikintisi 24 faiz, istinad divarlarının tikintisi 22 faiz icra olunub. İşlərin
başa çatdırılması
2023-cü il üçün nəzərdə
tutulub.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil
yolunun da gələn il
hazır olacağı
gözlənilir. Uzunluğu
39,7 kilometr olan birinci texniki
dərəcəli yol
4 hərəkət zolaqlıdır.
Ağdam-Füzuli avtomobil yolunun tikintisi də davam etdirilir. Yolun uzunluğu 64,8 kilometrdir. I texniki
dərəcəli, 4 hərəkət
zolaqlı yolda torpaq işləri icra olunur, paralel
olaraq layihələndirmə
aparılır. Torpaq işləri
3 faiz icra olunub.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti işlərinin isə 2024-cü ildə başa çatdırılması
planlaşdırılır. Uzunluğu
81,6 kilometr olan I texniki dərəcəli,
6-4 hərəkət zolaqlı
yolda layihə boyu torpaq yatağı
inşa olunur, həmçinin 8 körpünün,
6 tunelin və 5 alt keçidin tikintisi aparılır.
Uzunluğu 123,6 kilometr olan Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
yeni avtomobil yolu boyu torpaq
yatağının tikintisi
aparılır. Torpaq işləri 50 faiz, boru və keçidlərin
tikintisi 35 faiz, körpülərin tikintisi
48 faiz icra olunub. Tikinti işləri 2024-cü ildə başa çatacaq.
Kəlbəcər-Laçın avtomobil
yolu isə 72,3 kilometrdir. I və II texniki dərəcəli, 2-3 hərəkət
zolaqlı, 9,8 kilometrlik tunelli yolda mobilizasiya və torpaq işləri həyata keçirilir. Ümumi icra vəziyyəti
2 faiz təşkil edir. İşlər 2025-ci ildə yekunlaşacaq.
Diqqətçəkən yollardan biri də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Bu yol Göygöl rayonunun Toğanalı kəndindən keçməklə çəkilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, bu yol Qarabağın inkişaf planı nəzərə alınaraq 2-3 hərəkət zolaqlı olmaqla I və II texniki dərəcəyə uyğun inşa edilir. Yolun 16-cı kilometrindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11,6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib. Hazırda yolun 12-13-cü və 26-28-ci kilometrliyində torpaq yatağının inşası, həmçinin zəruri nöqtələrdə suötürücü boruların inşası davam edir. Bəzi hissələrdə mövcud kanalların köçürülməsi, bəzi ərazilərdə suötürücü boruların inşası tamamlanıb, bəzi yerlərdə isə kanalın inşası davam edir. Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam 1857 m təşkil edir. Tunel 1-in çıxış portalında isə qazma işlərinə başlanılıb. İşlərin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.
Bundan başqa, Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi prosesi də davam etdirilir. Burada layihələndirmə və mobilizasiya işləri aparılır, paralel olaraq 10 hektar sahədə ərazinin təmizlənməsi işləri görülür. İşlərin bu il başa çatdırılması planlaşdırılıb.
Göründüyü kimi, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda uzunluğu 11,6 kilometr olan regionun ən böyük avtomobil tuneli inşa edilir və onun 2026-cı ilə qədər təhvil verilməsi nəzərdə tutulub.
Artıq əksər yolların tikinti prosesinin böyük hissəsi yekunlaşıb. Əminliklə deyə bilərik ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulub istifadəyə veriləcək.
Beləliklə, İkinci Qarabağ müharibəsindəki şanlı qələbədən sonra yaranan yeni reallıq göz önündədir. Qarşıya qoyulan bir nömrəli prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaqdır.
Tezliklə bu yollar Qarabağa və Şərqi Zəngəzura yeni həyat gətirəcək. 30 il əvvəl bu yerləri göz yaşı ilə tərk etməyə məcbur olanlar indi bu yollarla rahatlıqla, böyük sevinc hissi ilə öz yurd-yuvalarına dönəcəklər. Bütün dünya bir daha Azərbaycanın iqtisadi qüdrətinə şahidlik edəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2022.- 18 mart- S.5.