“Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səudiyyə Ərəbistanı
Krallığının İnsan
Resursları və Sosial İnkişaf
Nazirliyi arasında əmək sahəsində
əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. 2021-ci il iyulun 13-də Bakı və
Ər-Riyad şəhərlərində imzalanmış “Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi ilə Səudiyyə Ərəbistanı
Krallığının İnsan Resursları və Sosial
İnkişaf Nazirliyi arasında əmək sahəsində əməkdaşlığa
dair Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində
göstərilən Anlaşma Memorandumu qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının
həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə
minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Səudiyyə
Ərəbistanı Krallığı Hökumətinə
bildiriş göndərsin.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
16 mart 2022-ci il
Azərbaycan.-
2022.- 18 mart.- S.6.