Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Əsir və itkin
düşmüş, girov
götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”də
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 473; 2007, ¹ 9, maddə 874) ilə təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”nin 4.9-cu bəndinin birinci abzasında “15” rəqəmləri “8” rəqəmi ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 mart
2022-ci il
Azərbaycan.-
2022.- 18 mart.- S.6.