Altıncı çağırış Azərbaycan
Respublikası Milli Məclisinin deputatı
Şahin Kamil oğlu Seyidzadənin deputat
səlahiyyətlərinə xitam verilməsi
barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Qərar ¹ 1/2
Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 3 mart tarixli Sərəncamı ilə Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Şahin Kamil
oğlu Seyidzadə “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin
sədri təyin edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatı başqa ödənişli fəaliyyətlə məşğul olduqda onun deputat səlahiyyətlərinə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 175.3-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının qərarı ilə xitam verilir.
Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ş.K.Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi üçün əsas yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 175.3-cü, 176.2-ci və 176.3-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin Kamil oğlu Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.03.22
Azərbaycan.- 2022.- 18 mart.- S.7.