“Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sənəd nümunələrinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar ¹ 1/3

 

“Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 5.7-ci və 6.11-ci maddələrinə əsasən vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təklif olunan layihənin dəstəklənməsi ilə əlaqədar imza toplanması üçün imza vərəqələrinin, təşəbbüs qrupunun sədrinə, müavinlərinə və seçki dairələri üzrə koordinatorlarına verilən vəsiqələrin nümunələri və vətəndaşların imzalarının toplanmasının nəticələri haqqında protokolun nümunəsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunur.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü, “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 5.7-ci və 6.11-ci maddələrinə uyğun olaraq qərara  alır:

1. “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü qaydasında təklif olunan layihənin dəstəklənməsi ilə əlaqədar imza toplanması üçün İmza Vərəqəsi”nin nümunəsi təsdiq edilsin (əlavə olunur).

2. Təşəbbüs qrupunun sədrinə verilən vəsiqə nümunəsi təsdiq edilsin (əlavə olunur).

3. Təşəbbüs qrupu sədrinin müavininə verilən vəsiqə nümunəsi təsdiq edilsin (əlavə olunur).

4. Seçki dairəsi üzrə koordinatora verilən vəsiqə nümunəsi təsdiq edilsin (əlavə olunur).

5. “Vətəndaşların imzalarının toplanmasının nəticələri haqqında protokolun nümunəsi təsdiq edilsin (əlavə olunur).

6. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

17.03.22

 

Azərbaycan.- 2022.- 18 mart.- S.7.