Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalarda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar ¹ 1/4

 

“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü,  19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Mərkəzi Seçki Komissiyasının 2013-cü il 5 iyun tarixli 5/31 saylı Qərarı ilə təsdiq edilmişSeçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”ın 1.4-cü bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

17.03.22

 

Azərbaycan.- 2022.- 18 mart.- S.7.