Daha 8 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib

 

Dünən Dövlət Tibbi-Sosial EkspertizaReabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalatReabilitasiya Mərkəzində daha 8 nəfər müharibə əlili yüksək texnologiyalı 4-cü nəsil müasir protezlərlə təmin edilib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından  müharibə əlillərinin yüksək texnologiyalı müasir protezlərlə təminatına başlanılması qeyd olunub.

Protez-Ortopedik İstehsalatReabilitasiya Mərkəzinin direktoru Asif Məcidov məlumat verib ki, həmin dövrdən 270 müharibə əlili yüksək texnologiyalı 285 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib. Onlardan 82 nəfəri I Qarabağ müharibəsi və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərdir. Həmin müharibə əlilləri 87 ədəd müasir protezlə təmin olunublar.

Protezlə təmin olunan 188 nəfər isə 44 günlük Vətən müharibəsinin qazisidir. Onlara 198 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protez verilib. Ümumilikdə Vətən müharibəsi qazilərinin protezlə təminatı prosesi yekunlaşmaq üzrədir.

Təqdim edilən “Geniumtipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, hərəkətin tamdaha dəqiq tənzimlənməsinə imkan verir.

 

Azərbaycan.- 2022.- 18 mart.- S.7.