Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir 22 mart 2020-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.

Bu barədə AZƏRTAC-a nazirliyin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.

 

Azərbaycan.- 2022.- 15 mart.- S.1.