Azərbaycan XİN: “Martın 14-dək
Ukraynadan ölkəmizə 7500 nəfər
təxliyə edilib”
Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədəki Azərbaycan vətəndaşlarının və onların ailə üzvlərinin qonşu dövlətlərin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, martın 14-dək Azərbaycana 7500 nəfər təxliyə edilib. Onlardan 3 minə yaxını çarter reysləri, 4500-dən çoxu isə avtobuslarla təxliyə olunub.
Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən Rumıniyanın Yassi və Buxarest, Polşanın Katoviçe şəhərlərindən indiyədək 15 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib.
Ukraynada
daimi və müvəqqəti yaşayan, səfərdə olan
soydaşlarımızın bu ölkədəki
vəziyyətlə əlaqədar, həmçinin şəxsi
imkanları hesabına Azərbaycana gətirilməsi həyata
keçirilir.
Azərbaycan.-
2022.- 15 mart.- S.3.