Xalq oyunları: “Kilimarası” və “Maraloyunu

 

Minilliklər boyu yaşadılan meydan tamaşaları daha çox Novruz bayramı günlərində nümayiş etdirilir

 

Novruz bayramında xalq arasında çox qədimdən yarananMotal-motal”, “Qurdbasdı”, “Çövkən”, “Cızıq turnası”, “Gizlənpaç”, “Oğru-oğru”, “Şuma qədər”, “Aşıq-aşıq”, “Qoz-qozu”, “Pul-pula”, “Zorxana”, “Sino”, “Mil”, “Qəpəq”, “Fincan-fincan”, “Bənövşə”, “Dirədöymə”, “Çalabaşı”, “Yelləncək”, “Maraloyunu”, “Kilimarası” və s. oyunlarını həm uşaqlar, həm də böyüklər həvəslə ifa edərdilər.

Kosa-kosa”, “Kəndirbaz”, “Sim pəhləvan”, “Masqara”, “Gözübağlıca”, “Cıdır” tamaşaları, qələncə oynatmaq, kəmənd atmaq, qurşaq tutmaq, daş qaldırmaq, at çapmaqs. kütləvi əyləncəli milli oyunları xalqımız  heç vaxt unutmayıb. Sadaladığımız xalq oyunları zaman-zaman yol keçərək bu günümüzədək gəlib çatıb.

Novruz bayramında, həmçinin güləş yarışları təşkil edilir, meydanlarda yallılar oynanılır, kəndirbazların tamaşaları göstərilir, mahnılar oxunur və aşıqlar deyişirlər...

Bütün bunlar xalqımızın Novruzla bağlı düşüncə və yaddaşlarında yaşayanlardandır. Yadellilər xalqımızın nəinki təbii, onun milli-mənəvi sərvətlərinə də qənim kəsilməyi unutmayıb. Zaman-zaman bu yerlər təbii sərvətinin bolluğuna görə təcavüzkarların, işğalçı və qəsbkarların hücumlarına, talanlarına məruz qalıb. Ötən əsrin 90-cı illərində  bu ağrı-acılar yenidən yaşandı. Qarabağın aranlı-dağlı Oğuz ellərinə erməni qəsbkarları, qəddar  və amansız vandallar qəfil hücum etdi. O zamanlardan Novruz bayramı gələndə diləklər də dəyişmişdi, arzular da. O arzular ümidinam donlu olduqları üçün solmadı, əksinə, hər ilin baharında günəşə boylanan peşəməngülü, Novruzgülü, bənövşə kimi cücərdilər...

Novruz tonqalları 30 ilə yaxın idi ki, aranlı-dağlı Qarabağımızda, dağların zirvəsində qalanmırdı. Çünki Şuşa qalası, İsa bulağı, Kirs, Qırxqız, Dəlidağ, Gəlin qayası, Ceyran bulağı, Laçın yaylaqlarında oyanış, dirçəliş yox idi. Erməni vandalları o yerlərin təkcə təbiətinə deyil, tarixinə, ədəbiyyatına, folkloruna, xalqın adət-ənənəsində yaşayan qədim mərasim oyunlarına da qənim kəsilmişdi. 1993-cü ilin mart ayı kəlbəcərlilərin isə bayram kimi deyil, faciə, müsibətli günlərlə yaddaşlarına yazılmışdı. Onlar hər yeni gələn Novruzdan dilək diləyirdilər ki, növbəti bayramı dağlarda qarşılasınlar. Uzun illər “Maraloyunu” və “Kilimarası” folklor ansamblının ifaçısı olmuş, Birinciİkinci Beynəlxalq Folklor festivallarının laureatı Süleyman Mehralıoğlu söyləyir ki, vaxtilə “Bahar bayramı - yaz bayramı” kimi keçirilən respublika miqyaslı tədbirlərin iştirakçısı olub: “İçərişəhərin Novruz şənliklərində diqqətçəkən konsert proqramlarından biri də “Maraloyunu” və “Kilimarası” folklor ansambllarının təqdim etdiyi nömrələrdir. Novruz şənliyinə qatılan bu folklor ansamblının çıxışları əcnəbi qonaqların da marağını çəkir. Milli teatrın əsasını təşkil edən belə meydan tamaşaları özündə xalqımızın qədim mədəniyyətə və incəsənətə malik olduğunu əks etdirir. Demək, Novruz bayramı həm də milli-mənəvi dəyərlərimizə xalq məhəbbətinin tərənnümüdür”.

Maraloyunu” ilə “Kilimarası” folklor oyunlarının günümüzədək gəlib çıxması, Kəlbəcərdə dünyaya göz açmış Mehralı babanın adı ilə bağlıdır. El ağsaqqalından da öncə bu xalq oyunlarının mahir ifaçıları var imiş. “Kitabi-Dədə Qorqud” dastanlarında adıçəkilən hər iki xalq oyununun nəsil-şəcərə davamçıları - Süleyman Süleymanov və qardaşı Şəfaqət Süleymanov, eləcə də onların övladları sevə-sevə yaşatmaqdadırlar.

Bu qədim xalq oyunlarını sonralar Rövşən Vəlioğlu da öz məharət və qabiliyyəti ilə nəinki respublika miqyaslı, həmçinin beynəlxalq və dünya əhəmiyyətli  festivallarda nümayiş etdirib, yüksək mükafatlaradiplomlara layiq görülüb.  Maraloyununun əfsanə əsasında yaranması barədə R.Vəlioğlu fikirlərini belə ifadə edir: “Zurnaçılar dəstəsi qara zurnada elə ifa edirlər ki, maral ayaq saxlayıb bu həzin musiqini dinləməkdən doymur. Boylana-boylana qalan maralın hərəkətləri onun oynadığını göstərir. Maral yerə yataraq başını o yan-bu yana əyməklə sanki nazlanır və musiqinin ritmi ilə səsin haradan gəlməsini axtarır. Bu oyunu nümayiş etdirmək üçün maral dərisi geyinmiş (əlbəttə, maralın dərisi məxmər parçadan hazırlanır) oyunçudan məharət tələb olunur. O, dizləri üstə iməkləməli, əlləri ilə maralın baş-boyun hissəsini oynatmalıdır”.

“Kilimarası” isə bundan bir qədər fərqli oyundur”, - deyə o, fikirlərini bir qədər də ətraflı şərh edir: “Oyun kollektiv şəklində ifa edilir. Bu, zurnaçılar dəstəsinin ifası altında bir aktyorun gəlincik oyununun nümayişidir. İki nəfərin diz üstə oturaraq tutduğu kilimin arxasında aktyorun yerə uzanaraq məzhəkə çıxarmasıdır. Gəlinciklərdən biri kişi, o birisi isə qadındır. Xalq havalarının birinə oynayan gəlinciklər milli rəqsləri məharətlə ifa etməlidirlər ki, bu da kilimin arxasındakı aktyorun ayaq və əl barmaqlarını necə oynatmaq ustalığından asılıdır. Burada milli kolorit əsas götürülür”.

2020-ci ilin payızında Qarabağda yenidən günəş doğdu: Qələbə soraqlı, Zəfər bayraqlı... İşğaldan azad edilən Şuşamızda ilk Novruz tonqalını ötən il qalayan Müzəffər Ali Baş Komandan İlham Əliyev dağlara yenidən baharbayram əhvali-ruhiyyəli günləri qaytardı...

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2022.- 15 mart.- S.9.