Almaniyada Azərbaycan klassik musiqisindən
ibarət konsert keçirilib
Almaniyanın Karlsruye şəhərində İqtisadi forumun mərkəzi zalında Azərbaycan klassik musiqisindən ibarət konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, səhnənin qəhrəmanı istedadlı Azərbaycan ifaçısı Fəridə Rüstəmova olub. F.Rüstəmova tanınmış bəstəkar Səid Rüstəmovun nəvəsidir.
Konsert Azərbaycan diasporunun dəstəyi və ölkəmizin Almaniyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Konsertdə F.Rüstəmova və Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin birgə yaratdığı “Land of Fire” orkestri çıxış edib. Konsertin keçirildiyi zal şəhərin prestijli məkanlarından biridir.
“Yenidən bir
araya gələ bildiyimiz
üçün çox
şadam. Orkestr
üzvləri Almaniyanın müxtəlif şəhərlərində,
bir-birindən kifayət qədər uzaqda,
şimalda və cənubda
yaşayırlar. Xoşbəxt bir təsadüf
nəticəsində hamımız işi,
təhsili və layihələri bir kənara
qoyub görüşə bildik.
Konsert çox gözəl
keçdi, qonaqlar bizi ayaq üstə
alqışlayırdılar. Sonda bir çox
tamaşaçılar, o cümlədən
iri firmaların və görkəmli konsernin nümayəndələri gözəl
musiqiyə görə minnətdarlıq sözləri ilə
çıxış etdilər. Biz
ifaçılara göstərilən dəstəyə və diasporun etimadına görə çox
minnətdarıq. Gələcək konsertlər və digər
tədbirlərin keçirilməsi ümidilə”, - deyə
F.Rüstəmova AZƏRTAC-a müsahibəsində bildirib.
Azərbaycan.-
2022.- 15 mart.- S.10.