Azərbaycan
daim humanitar məsələlərə böyük önəm
verir
Martın
28-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə zəng
edib.
Söhbət
zamanı Prezident Volodimir Zelenski dövlətimizin
başçısını Ukraynadakı vəziyyət barədə
məlumatlandırıb.
Prezidentlər
humanitar dəhlizlərin yaradılması və sülh
danışıqlarının davam etdirilməsinin vacibliyini
qeyd ediblər.
Telefon
danışığı əsnasında Prezident Volodimir
Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən
humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü
bildirib.
Prezident
İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə
böyük önəm verir və xüsusi diqqətlə
yanaşır.
Azərbaycan.-2022.- 29 mart.- S.1.