Birinci vitse-prezident Mehriban
Əliyeva rəsmi instaqram səhifəsində
Novruz bayramı münasibətilə
paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Novruz bayramı münasibətilə paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:
“Əziz həmvətənlər!
Novruz bayramı münasibətilə
sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm
cansağlığı, uzun ömür və xoşbəxtlik
arzulayıram! Təbriklərinizə, səmimi və xoş diləklərinizə görə çox sağ olun! Sizin diqqətiniz,
qayğı və dəstəyiniz mənim üçün
çox dəyərlidir! Allah
Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə
rəhmət eləsin, onların doğmalarına və
yaxınlarına səbir versin! Qoy təbiətin oyanmasının və yenilənməsinin
rəmzi olan Novruz hər
evə xoş ovqat gətirsin,
hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq
bəxş etsin! Uca
Tanrı mərhəmətini xalqımızdan heç
zaman əsirgəməsin!”.
Azərbaycan.-2022.- 29 mart.- S.1.