Çin Xalq Respublikasının Sədri Zati-aliləri
cənab Si Cinpinə
Hörmətli cənab Sədr,
Çinin
cənubunda “China Eastern Airlines” şirkətinə məxsus sərnişin
təyyarəsinin qəzaya uğraması nəticəsində
çoxsaylı insan tələfatı barədə xəbər
bizi son dərəcə sarsıtdı.
Bu
ağır anlarda kədərinizi bölüşür,
baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak
olanların ailələrinə və yaxınlarına, dost
Çin xalqına öz adımdan və Azərbaycan xalqı
adından dərin hüznlə başsağlığı
verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 mart 2022-ci il
Azərbaycan.-2022.-
29 mart.- S.1.