Tunis Respublikasının Prezidenti Zati-aliləri cənab Kays Sayidə

 

 Azərbaycan-Tunis dostluq münasibətləri xalqlarımızın mənafelərinə xidmət edəcəkdir

 

Hörmətli cənab Prezident,

Tunis Respublikasının milli bayramıMüstəqillik Günü münasibətilə Sizi Sizin simanızda bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, istər ikitərəfli qaydada, istərsə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Tunis dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına əmin-amanlıq rifah diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2022-ci il

 

Azərbaycan.- 2022.- 20 mart.- S.2.