B.Ə.Muradovanın
2-ci dərəcəli “Vətənə xidmətə görə”
ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər
tutaraq qərara alıram:
Azərbaycan Respublikasının
ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə
görə Bahar Əvəz qızı Muradova 2-ci dərəcəli
“Vətənə xidmətə görə” ordeni ilə təltif
edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
19 mart 2022-ci il
Azərbaycan.-
2022.- 20 mart.- S.2.